Bankomatlar necə qorunmalıdır?
© Sputnik / © Sputnik / Elvin AhmadBankomat yaxınlığında qadın
© Sputnik / © Sputnik / Elvin Ahmad
Abunə olmaq
Ekspert deyir ki, bankomatların yeri təyin olunarkən həmin ərazinin polis idarəsinə yaxın bir yerdə olması, bundan başqa qarşısındaa nəzarətçilərin olması xüsusi önəm kəsb edir
BAKI, 19 mart — Sputnik. Bir neçə gün öncə Bakının Xətai rayonunda yerləşən "Bravo" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə üçüncü tərəfin inkassasiya heyətinə edilən silahlı hücum nəticəsində inkassator dünyasını dəyişib.
Məlum bədbəxt olaydan sonra ortaya çıxan suallardan biri də bankomatların, ödəniş terminallarının yerinin seçilməsidir.
Maraqlıdır, belə bir seçim zaamanı hansı nüanslara diqqət edilir?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərazi seeçimi zamanı həmin yerrin işıqlı olması, kameraların olması və bu kimi bir sıra zəruri nüanslar nəzərə alınır:
"Pul vəsaitlərin qoyulması, götürülməsi, texniki xidmət, bankomatın yerləşdiyi yerin düzgüün seçilməsi, ərazidə təhlükəsizlik kameralarının olması mütləqdir. Bundan başqa, ətrafı müşahidə üçün əlverişli yer olmalıdır. Bankomatların yeri təyin olunarkən həmin ərazinin polis idarəsinə yaxın bir yerdə olması, bundan başqa qarşısındaa nəzarətçilərin olması xüsusi önəm kəsb edir".
"Qiymətli kağızların, pul vəsaitlərinin, qızıl zinət əşyalarının saxlanılması, daşıınılması, əməliyyatların yerinə yetirilməsi zamanı təhlükəsizlik məsələsi xüsusi önəm kəsb edir. Bu şəxslər praktik olaraq hazır və təlim keçmiş olmalıdırlar. Sistem, təhlükəsizlik elə qurulmalıdır ki, ətrafda ajotaj yaratmaq, qarət etmək istəyən şəxslərə heç bir fürsət verilməsin", - deyə o əlavə edib.
Nurəliyev deyir ki, bankomatların, ödəmə terrminallarının marketlərdə yerləşdirilməsi normaldır, çünki həmin yerlər daha etibarlı hesab edilir: "İnkassatorlarınn gülləkeçirməz jiletlərinin olması mütləqdir. Bunu icra edənlərin böyük iş təcrübəsi olmalıdır. Bu işçilər insanların psixologiyalarını, soyğun zamanı nə etməli, necə davranmalıdır, bunu bilməlidirlər".
"Belə şəxslərin təlimlərdən keçməsi, bilik-bacarıqlarının artırılması önəmlidir. Bu şəxslər peşəkarlaşmaq üçün təlimlərdən keçməlidirlər. Onlar həmçinin silahsız özünmüdafiəni də bilməlidir. Bu şəxslər həmçinin şübhəli şəxsləri necə müəyyən etmək lazımdır, onların davranışını və s bilməlidirlər", - deyə o, əlavə edib.
E.Nurəliyevin sözlərinə görə, təəssüf ki, təhlükəsizliklə bağlı məsələlərdə müsbət dinamika yoxdur.
"Tələblər gözlənilirmi", sualına cavab olaraq həmsöhbətimiz bildirir ki, bəzən tələblər gözlənilmir: "Lakin tələblərə əməl edənlər də var. Onlar bankomatın yerini seçərkən daha təhlükəsiz yeri müəyyənləşdirirlər".
Bankların mövqeyi
Banklardan sorğumuza cavab oaraq bildirildi ki, onlar inkassatorların təhülkəsizliyini təmin edirlər.
"Kapital Bank"dan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, bankomatlar qoyularkən ilk növbədə həmin ərazidə əhali sıxlığı nəzərə alınır: "Daha sonra ərazinin təhlükəsizliyi ilə bağlı rəy verilir. Bundan əlavə, fasiləsiz elektrik enerjisi və mobil operatorların antenalarının həmin ərazidə fasiləsiz işlənməsinə fikir verilir"
"Yelo Bank"dan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, təhlükəsizlik qaydaları bütün banklarda Azərbaycan Mərkəzi Bankının təlimatı əsasında həyata keçirilir: "Bank tərəfindən əməkdaşın təhlükəsizliyi ilə bağlı bütün tədbirlər nəzərə alınır".
“Bank of Baku”-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ASC tərəfindən bankomatların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikası Mərkəzi Banknın “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın tələblərinə əsasən təmin edilir:
“Hazırda bankomat daxilində kart istifadəçisinin üzlərini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılıb. Kameranın görüntüləri qeydə alınır və ən azı 6 (altı) ay müddətində saxlanılması təmin edilir. Hər bir bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılıb”.
O da bildirilib ki, baş verə biləcək kibertəhlükəsizlik hallarının qarşısının alınması məqsədilə bankomatların daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunur:
"Əlavə təhlükəsizlik tədbiri olaraq açıq ərazilərdə quraşdırılmış bankomatların qarşısındakı müəyyən ərazi sutkanın qaranlıq vaxtı aydın şəkildə işıqlandırılır”, - deyə verilən məlumatda bildirilib".
Təhlükəsizliyin təmin edilməsi məqsədilə bankomatların əsasən daha etibarlı və daim qorunan ərazilərdə quraşdırılması, quraşdırıldığı ərazidə video çəkilişin aparılması diqqətdə saxlanılır.
Bu işlər beynəlxalq təcrübələrə əsaslaraq qurulsa da, təəssüf ki, bankomatların işi, qorunması ilə bağlı müvafiq bir qanunvericilik tapa bilmədik.