CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“ASAN xidmət” bu günlərdə işləməyəcək

© Photo : © Facebook / ASAN XidmətSəyyar ASAN Xidmət, arxiv şəkli
Səyyar ASAN Xidmət, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.03.2023
Abunə olmaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü bayram günləridir.Vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
BAKI, 19 mart - Sputnik. Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dəkASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Azərtac-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl doqquz gün qeyri-iş günü olacaq. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
© Sputnik / Elnur Salayevİnfoqrafiya: Mart ayında tətillər
İnfoqrafiya: Mart ayında tətillər - Sputnik Azərbaycan, 1920, 19.03.2023
İnfoqrafiya: Mart ayında tətillər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2023-cü il ildə Novruz, Ramazan və Qurban bayramları haqqında" qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü bayram günləridir.
"Martın 20-si bazar gününə təsadüf etdiyindən, martın 25-i qeyri-iş günü olacaq. Martın 19-u, 26-sı və 27-si də həftə sonlarına təsadüf etdiyindən Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl olaraq qeyri-iş günü olacaq (21, 22, 23, 24, 25, 26 və 27 mart)", - Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0