https://sputnik.az/20230318/fransa-kiyeve-silah-tedarukunu-lengide-biler-452829735.html
Fransa Kiyevə silah tədarükünü ləngidə bilər
Fransa Kiyevə silah tədarükünü ləngidə bilər
Sputnik Azərbaycan
Fransızlar, ictimai rəy sorğularından da göründüyü kimi, getdikcə daha çox danışıqlara və Ukraynaya silah tədarükünün dayandırılmasına tərəfdardırlar. 18.03.2023, Sputnik Azərbaycan
2023-03-18T08:03+0400
2023-03-18T08:03+0400
2023-03-18T08:03+0400
fransa
dünya xəbərləri
rusiya
kiyev
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013685_0:0:3072:1728_1920x0_80_0_0_927c69b5ba4d5f6512df46805625f891.jpg
BAKI, 18 mart — Sputnik. Fransa hakimiyyəti Kiyevə ağır silah tədarükü məsələsinin həllini "ləngidə" bilər. Bunu fransız siyasətçi və Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo bildirib. "Hər şey mümkündür. Ancaq düşünürəm ki, bu, Fransa hökuməti üçün getdikcə çətinləşən məsələyə çevrilir. Belə ki, fransızlar, ictimai rəy sorğularından da göründüyü kimi, getdikcə daha çox danışıqlara və Ukraynaya silah tədarükünün dayandırılmasına tərəfdardırlar", - deyə "RİA Novosti" agentliyi ondan sitat gətirir. Bundan əlavə, Fransanın "Vətənpərvərlər" hərəkatının lideri vurğulayıb ki, hazırda pensiya islahatları ilə bağlı problemlər və ölkənin səhiyyə sistemindəki böhran səbəbindən hökumətin Ukraynaya silah və pul göndərməsi çətin olacaq. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Qərbin Kiyevə verdiyi silahların Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcəyini bildirib. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib ki, Ukraynaya "Leopard" tanklarının tədarükü ilə bağlı qərar münaqişənin yeni eskalasiya səviyyəsinə keçməsinə səbəb ola bilər. Aİ diplomatiyasının rəhbəri Josep Borrell etiraf edib ki, Aİ Ukraynaya silah tədarükü ilə bağlı öz tabusunu pozub. O qeyd edib ki, Ukraynada xüsusi əməliyyat başlandıqdan sonra Kiyev üçün silah almaq təklifi Avropa ölkələri tərəfindən şübhə ilə qarşılanıb, lakin nəticədə "bu tabu" pozulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426013685_341:0:3072:2048_1920x0_80_0_0_112dca2c5629426e856a187b36ead31b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
fransa, rusiya, kiyev, ukrayna
fransa, rusiya, kiyev, ukrayna
Fransa Kiyevə silah tədarükünü ləngidə bilər
Fransızlar, ictimai rəy sorğularından da göründüyü kimi, getdikcə daha çox danışıqlara və Ukraynaya silah tədarükünün dayandırılmasına tərəfdardırlar.
BAKI, 18 mart — Sputnik. Fransa hakimiyyəti Kiyevə ağır silah tədarükü məsələsinin həllini "ləngidə" bilər.
Bunu fransız siyasətçi və Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo bildirib.
"Hər şey mümkündür. Ancaq düşünürəm ki, bu, Fransa hökuməti üçün getdikcə çətinləşən məsələyə çevrilir. Belə ki, fransızlar, ictimai rəy sorğularından da göründüyü kimi, getdikcə daha çox danışıqlara və Ukraynaya silah tədarükünün dayandırılmasına tərəfdardırlar", - deyə "RİA Novosti" agentliyi ondan sitat gətirir.
Bundan əlavə, Fransanın "Vətənpərvərlər" hərəkatının lideri vurğulayıb ki, hazırda pensiya islahatları ilə bağlı problemlər və ölkənin səhiyyə sistemindəki böhran səbəbindən hökumətin Ukraynaya silah və pul göndərməsi çətin olacaq.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Qərbin Kiyevə verdiyi silahların Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcəyini bildirib. Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bildirib ki, Ukraynaya "Leopard" tanklarının tədarükü ilə bağlı qərar münaqişənin yeni eskalasiya səviyyəsinə keçməsinə səbəb ola bilər.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell etiraf edib ki, Aİ Ukraynaya silah tədarükü ilə bağlı öz tabusunu pozub. O qeyd edib ki, Ukraynada xüsusi əməliyyat başlandıqdan sonra Kiyev üçün silah almaq təklifi Avropa ölkələri tərəfindən şübhə ilə qarşılanıb, lakin nəticədə "bu tabu" pozulub.