Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İƏT Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib

© AFP 2024 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.03.2023
Abunə olmaq
Martın 16-17-də İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.
BAKI, 18 mart - Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş 5 qətnaməni qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.
Xatırladaq ki, martın 16-17-də İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.
Xəbər lenti
0