https://sputnik.az/20230318/cavusoglu-ve-abdullahian-ran-azerbaycan-munasibetlerini-muzakire-edib-452853903.html
Çavuşoğlu və Abdullahian İran-Azərbaycan münasibətlərini müzakirə edib
Çavuşoğlu və Abdullahian İran-Azərbaycan münasibətlərini müzakirə edib
Sputnik Azərbaycan
Çavuşoğlu Türkiyənin İran və Səudiyyə Ərəbistanı arasında 7 ildən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışladığını bildirib 18.03.2023, Sputnik Azərbaycan
2023-03-18T14:32+0400
2023-03-18T14:32+0400
2023-03-18T14:35+0400
siyasət
əmir abdullahiyan
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
müzakirə
iran
azərbaycan
münasibətlər
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452188002_0:160:3072:1888_1920x0_80_0_0_04140a52155dd83a04d1f85deb098312.jpg
BAKI, 18 mart - Sputnik. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı zamanı İran - Azərbaycan qarşılıqlı əlaqələrinin son vəziyyəti müzakirə edilib.APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Həmçinin Çavuşoğlu Türkiyənin İran və Səudiyyə Ərəbistanı arasında 7 ildən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışladığını bildirib və bu razılaşmanın müsəlman birliyinə müsbət təsirlərini vurğulayıb.O, əmin olduğunu bildirib ki, bu saziş müsəlman dünyasının mövqelərinin möhkəmlənməsinə və regional problemlərin həllinə kömək məqsədilə İslam ölkələri arasında birliyin yaradılmasına gətirib çıxaracaq.Diplomatlar telefon danışığı zamanı, həmçinin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, rəsmi Tehran və Ankara arasında regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1b/452188002_171:0:2902:2048_1920x0_80_0_0_44ddf0d459339da78f29ee149642a6ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əmir abdullahiyan, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, müzakirə, iran, azərbaycan, münasibətlər
əmir abdullahiyan, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu, müzakirə, iran, azərbaycan, münasibətlər
Çavuşoğlu və Abdullahian İran-Azərbaycan münasibətlərini müzakirə edib
14:32 18.03.2023 (Yenilənib: 14:35 18.03.2023) Çavuşoğlu Türkiyənin İran və Səudiyyə Ərəbistanı arasında 7 ildən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışladığını bildirib
BAKI, 18 mart - Sputnik. Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı zamanı İran - Azərbaycan qarşılıqlı əlaqələrinin son vəziyyəti müzakirə edilib.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Həmçinin Çavuşoğlu Türkiyənin İran və Səudiyyə Ərəbistanı arasında 7 ildən sonra diplomatik əlaqələrin bərpasına dair razılaşmanı alqışladığını bildirib və bu razılaşmanın müsəlman birliyinə müsbət təsirlərini vurğulayıb.
O, əmin olduğunu bildirib ki, bu saziş müsəlman dünyasının mövqelərinin möhkəmlənməsinə və regional problemlərin həllinə kömək məqsədilə İslam ölkələri arasında birliyin yaradılmasına gətirib çıxaracaq.
Diplomatlar telefon danışığı zamanı, həmçinin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, rəsmi Tehran və Ankara arasında regional səviyyədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.