Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Vətən müharibəsi və ondan sonrakı dövrdə erməni cinayətlərinə dair 89 cinayət işi başlanıb

© AFP 2024 / STRINGERAzərbaycan hərbçisi
Azərbaycan hərbçisi - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Sənədə əsasən, 89 cinayət işi üzrə ümumilikdə 125 nəfər mülki şəxs qəsdən öldürülüb, 534 nəfər mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BAKI, 17 mart — Sputnik. Vətən müharibəsi və ondan sonrakı dövrdə erməni cinayətləri ilə bağlı 89 cinayət işi başlanıb .
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Sənəddə bildirilib ki, 27 sentyabr 2020-ci il tarixində başlanmış və 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasına və onun vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair prokurorluq orqanlarında başlanaraq istintaqı aparılmış 57 cinayət işindən əlavə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamənin tələbləri kobud şəkildə pozularaq həmin tarixdən sonrakı müddət ərzində də davam etmiş erməni təcavüzü ilə bağlı başlanılmış 32 cinayət işinin, ümumilikdə 89 cinayət işinin ibtidai istintaqı davam etdirilib.
Həmin 89 cinayət işi üzrə ümumilikdə 125 nəfər mülki şəxs qəsdən öldürülüb, 534 nəfər mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Öldürülmüş 125 mülki şəxsdən 83-ü kişi, 28-i qadın, 14-ü isə uşaq olub. Xəsarət almış 534 nəfərdən 354-ü kişi, 110-u qadın, 70-i isə uşaqdır.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.
Xəbər lenti
0