https://sputnik.az/20230317/telebe-ve-mezunlarin-mesgullugunun-desteklenmesi-ucun-yeddi-karyera-merkezi-qurulub-452835632.html
Tələbə və məzunların məşğulluğunun dəstəklənməsi üçün yeddi karyera mərkəzi qurulub
Tələbə və məzunların məşğulluğunun dəstəklənməsi üçün yeddi karyera mərkəzi qurulub
Sputnik Azərbaycan
Ceyhun Kərəmov bildirib ki, hazırda peşə təhsili müəssisələrində subbakalavr səviyyəsində mütəxəssis hazırlamaq imkanı var. Artıq kibertəhlüsizlik, komputer... 17.03.2023, Sputnik Azərbaycan
2023-03-17T20:10+0400
2023-03-17T20:10+0400
2023-03-17T20:10+0400
tələbə
təhsil
peşə
texniki peşə məktəbi
peşə təhsili
https://cdnn1.img.sputnik.az/img/42204/47/422044786_0:201:2927:1847_1920x0_80_0_0_7915aaa044cd4decbc7b07536a7bbb7e.jpg
BAKI, 17 mart — Sputnik. İşğaldan azad edilən ərazilərdə səkkiz peşə təhsil mərkəzinin inşası nəzərdə tutulur. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov "Peşə təhsilində özəl sektorun rolu, perspektivlər və yeni çağırışlar" ilə bağlı tədbirdə deyib. O bildirib ki, bütün bu addımlardan öncə əmək bazarının tələbləri müəyyənləşdirilməldiir: "Həm bu, həm də keyfiyyətə nəzarət üçün özəl sektorla əməkdaşlıq vacibdir". Agentlik rəsmisi əmək bazarında araşdırmaların aparılmasının önəmindən danışaraq qeyd edib ki, ötən il ərzində beş faiz olmaqla sektorda bazar araşdırmasının aparılmasına başlanılıb. Bura hotelçilik, turizm, İT və tikinti daxildir. "Hazırda bizim subbakalavr səviyyəsində mütəxəssis hazırlamaq imkanımız var. Artıq kibertəhlüsizlik, komputer texnologiyaları üzrə ixtisaslarla bağlı tələbə qəbuluna başlamışıq", - deyə agentlik rəsmisi bildirib. Ceyhun Kərəmov müəllimlərin sənayedə ixtisas artımına cəlbindən söz açaraq qeyd edib ki, hazırda bu istiqamətdə də işlər görülür: "2021-ci ildən etibarən 250-dək müəllim belə ixtisasartırma proqramlarına cəlb olunub". Tikilən və tikilməkdə olan peşə təhsil mərkəzləri haqda məlumat verən C.Kərəmov bildirib ki, Bakı, Qəbələ, İsmayıllı və Gəncədə peşə təhsil məktəbləri tikilib: "Cari ildə Cəlilabadda peşə təhsil məktəbinin tikintisi olacaq. Lənkəranda da bu istiqamətdə işlər görülür. Bundan başqa, Quba və digər rayonlarda da peşə təhsili məktəblərinin tikintisi nəzərdə tutulur. Düşünürük ki, bütün bu işlərdə özəl sektor da bizə yardımçı olacaq". Dual təhsil proqramlarının icrası haqda danışan agentlik rəsmisi təcrübələrə istinadən bildirib ki, şirkətlər tələbənin bazarda hazırlığı prosesinə nə qədər tez başlayırlarsa, bir o qədər tez yüksək nəticə əldə etmiş olurlar: "Məsələn, təkcə hotelçiliklə bağlı rəqəmlərə nəzərə yetirdikdə görə bilərik ki, dual proqramları bitirənlərin 70 faizi dərhal iş təklifi alır". Elm və təhsil nazirinin müavini İdris İsayev isə çıxışında bildirib ki, peşə təhsilinin bəzən də 50-70 faizi təcrübədən ibarət olur, bu səbəbdən təcrübə çox önəmlidir: "Bizim əsas istəyimiz odur ki, bu gün agentliyin müqvailə bağladığı "Bridge" şirkətlər qrupu bu proseslərdə rəyini versin. Təhsil proqramları təsdiqləndikdən sonra şirkətlər qrupu da bunun tədrisində iştirak etsin. Bundan başqa, təhsilalanların qiymətləndirılməsi prosesində də şirkətlər qrupunun rəyi mütləqdir". İsayev qeyd edib ki, nəticə əsaslı təhsilə fokuslanmaq lazımdır: "Yəni məhsulu sifariş edən tərəf bilməlidir ki, əldə etdiyi nəticə nəyin əsasında olub. Bir sözlə məhsulun keyfiyyətini onu sifariş edən tərəf qiymətləndirməlidir". Agentliklə memorandum imzalayan "Bridge şirkətlər qrupu"nun direktoru Fərid İsgəndərov isə deyib ki, bu əməkdaşlığın yaradılmasında əsas məqsəd iqtisadiyyatda kadr ehtiyatını artırmaq və birgə kadrlar yetişdirməkdir: "Şirkətimizə daxil oan müəssisələr 1998-ci ildən fəaliyyətə başlayıb. Bura ictimai iaşə, anbar, loqistika, mehmanxana, tikinti və kənd təsərrüfatı, təhsil sektorlar daxildir. Bütün bunlara baxmayaraq biz təhsil sektoruna daha yaxınıq. Artıq on ildir ki tələbə yataqxanaları ilə bağlı işlər görürük. "Univerium" tələbə yataqxanası 2018-ci ildə istifadəyə verildi. Burada illik olaraq mindən çox əcnəbi və yerli tələbələr qalır". Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli isə agentliyin ümumi gördüyü işlər haqda statistik məlumatları açıqlayaraq vurğulayıb ki, işçi və sahibkar arasında əlaqələrin genişləndirilməsi üçün avondo.az saytı fəaliyyət göstərir. O qeyd edib ki, son üç ildə gənclər arasında peşə təhsilinə maraq artıb: "2020-ci ildə 14 min 795, 2021-ci ildə 16 min 590, ötən il 19 min 43 tələbə peşə təhsiinə cəlb olunubsa, növbəti illərdə - cari ildə 21 min 500, 2024-cü ildə 23 min 220, 2025-ci ildə 25 min 78, 2026-cı ildə isə 27 min 335 tələbənin peşə təhsilinə cəlbi proqnozlaşdırılır. Bundan başqa, qeyd edim ki, Yüksək Texniki Peşə (subbakalavr) təhsil səviyyəsində son üç ildə 1 466 tələbə qəbul olub". Kərimli işəgötürənlərlə əsasən beş istiqamətdə əməkdaşlıq etdiklərini bildirib: "DUAL peşə təhsil proqramları, kurrikulum və proqramların hazırlanması, karyera mərkəzləri ilə iş, qısamüddətli təlimlər və "Wordskills Azerbaijan platformasına cəlbedilmə ("WorldSkills Azerbaijan" peşəkarlığın və bacarıqların inkişafı üçün milli platforma). İşəgötürənlərin tələblərinə uyğun kadr hazırlayırıq, sahibkarların peşə təhsilinin təşkili və innovativ təşəbbüslərdə iştirakını təmin edirik", - deyə agentlik rəsmisi əlavə edib. N.Kərimlinin sözlərinə görə, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə də əməkdaşlıq qurulub. Nəticədə peşə təhsili üzrə "AzerGold" QSC təqaüdü təsis edilib və 26 tələbənin hər biri aylıq 200 manat məbləğində təqaüdlə təmin edilib: "Artıq 32 işəgötürənlə birgə 6 istiqamət üzrə əməkdaşlıq edirik. Bundan başqa, tələbə və məzunların məşğulluğunun dəstəklənməsi üçün 7 karyera mərkəzi qurulub". Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "Bridge şirkətlər qrupu" arasında memorandum imzalanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/47/422044786_97:0:2828:2048_1920x0_80_0_0_c5bd39a98e66e5018f14cdccbbd97ddc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tələbə, peşə, texniki peşə məktəbi, peşə təhsili
tələbə, peşə, texniki peşə məktəbi, peşə təhsili
Tələbə və məzunların məşğulluğunun dəstəklənməsi üçün yeddi karyera mərkəzi qurulub
Ceyhun Kərəmov bildirib ki, hazırda peşə təhsili müəssisələrində subbakalavr səviyyəsində mütəxəssis hazırlamaq imkanı var. Artıq kibertəhlüsizlik, komputer texnologiyaları üzrə ixtisaslarla bağlı tələbə qəbuluna başlanılıb.
BAKI, 17 mart — Sputnik. İşğaldan azad edilən ərazilərdə səkkiz peşə təhsil mərkəzinin inşası nəzərdə tutulur.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov "Peşə təhsilində özəl sektorun rolu, perspektivlər və yeni çağırışlar" ilə bağlı tədbirdə deyib.
O bildirib ki, bütün bu addımlardan öncə əmək bazarının tələbləri müəyyənləşdirilməldiir: "Həm bu, həm də keyfiyyətə nəzarət üçün özəl sektorla əməkdaşlıq vacibdir".
Agentlik rəsmisi əmək bazarında araşdırmaların aparılmasının önəmindən danışaraq qeyd edib ki, ötən il ərzində beş faiz olmaqla sektorda bazar araşdırmasının aparılmasına başlanılıb. Bura hotelçilik, turizm, İT və tikinti daxildir.
"Hazırda bizim subbakalavr səviyyəsində mütəxəssis hazırlamaq imkanımız var. Artıq kibertəhlüsizlik, komputer texnologiyaları üzrə ixtisaslarla bağlı tələbə qəbuluna başlamışıq", - deyə agentlik rəsmisi bildirib.
Ceyhun Kərəmov müəllimlərin sənayedə ixtisas artımına cəlbindən söz açaraq qeyd edib ki, hazırda bu istiqamətdə də işlər görülür: "2021-ci ildən etibarən 250-dək müəllim belə ixtisasartırma proqramlarına cəlb olunub".
Tikilən və tikilməkdə olan peşə təhsil mərkəzləri haqda məlumat verən C.Kərəmov bildirib ki, Bakı, Qəbələ, İsmayıllı və Gəncədə peşə təhsil məktəbləri tikilib:
"Cari ildə Cəlilabadda peşə təhsil məktəbinin tikintisi olacaq. Lənkəranda da bu istiqamətdə işlər görülür. Bundan başqa, Quba və digər rayonlarda da peşə təhsili məktəblərinin tikintisi nəzərdə tutulur. Düşünürük ki, bütün bu işlərdə özəl sektor da bizə yardımçı olacaq".
Dual təhsil proqramlarının icrası haqda danışan agentlik rəsmisi təcrübələrə istinadən bildirib ki, şirkətlər tələbənin bazarda hazırlığı prosesinə nə qədər tez başlayırlarsa, bir o qədər tez yüksək nəticə əldə etmiş olurlar:
"Məsələn, təkcə hotelçiliklə bağlı rəqəmlərə nəzərə yetirdikdə görə bilərik ki, dual proqramları bitirənlərin 70 faizi dərhal iş təklifi alır".
Elm və təhsil nazirinin müavini İdris İsayev isə çıxışında bildirib ki, peşə təhsilinin bəzən də 50-70 faizi təcrübədən ibarət olur, bu səbəbdən təcrübə çox önəmlidir:
"Bizim əsas istəyimiz odur ki, bu gün agentliyin müqvailə bağladığı "Bridge" şirkətlər qrupu bu proseslərdə rəyini versin. Təhsil proqramları təsdiqləndikdən sonra şirkətlər qrupu da bunun tədrisində iştirak etsin. Bundan başqa, təhsilalanların qiymətləndirılməsi prosesində də şirkətlər qrupunun rəyi mütləqdir".
İsayev qeyd edib ki, nəticə əsaslı təhsilə fokuslanmaq lazımdır: "Yəni məhsulu sifariş edən tərəf bilməlidir ki, əldə etdiyi nəticə nəyin əsasında olub. Bir sözlə məhsulun keyfiyyətini onu sifariş edən tərəf qiymətləndirməlidir".
Agentliklə memorandum imzalayan "Bridge şirkətlər qrupu"nun direktoru Fərid İsgəndərov isə deyib ki, bu əməkdaşlığın yaradılmasında əsas məqsəd iqtisadiyyatda kadr ehtiyatını artırmaq və birgə kadrlar yetişdirməkdir: "Şirkətimizə daxil oan müəssisələr 1998-ci ildən fəaliyyətə başlayıb. Bura ictimai iaşə, anbar, loqistika, mehmanxana, tikinti və kənd təsərrüfatı, təhsil sektorlar daxildir. Bütün bunlara baxmayaraq biz təhsil sektoruna daha yaxınıq. Artıq on ildir ki tələbə yataqxanaları ilə bağlı işlər görürük. "Univerium" tələbə yataqxanası 2018-ci ildə istifadəyə verildi. Burada illik olaraq mindən çox əcnəbi və yerli tələbələr qalır".
Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli isə agentliyin ümumi gördüyü işlər haqda statistik məlumatları açıqlayaraq vurğulayıb ki, işçi və sahibkar arasında əlaqələrin genişləndirilməsi üçün avondo.az saytı fəaliyyət göstərir.
O qeyd edib ki, son üç ildə gənclər arasında peşə təhsilinə maraq artıb: "2020-ci ildə 14 min 795, 2021-ci ildə 16 min 590, ötən il 19 min 43 tələbə peşə təhsiinə cəlb olunubsa, növbəti illərdə - cari ildə 21 min 500, 2024-cü ildə 23 min 220, 2025-ci ildə 25 min 78, 2026-cı ildə isə 27 min 335 tələbənin peşə təhsilinə cəlbi proqnozlaşdırılır. Bundan başqa, qeyd edim ki, Yüksək Texniki Peşə (subbakalavr) təhsil səviyyəsində son üç ildə 1 466 tələbə qəbul olub".
Kərimli işəgötürənlərlə əsasən beş istiqamətdə əməkdaşlıq etdiklərini bildirib:
"DUAL peşə təhsil proqramları, kurrikulum və proqramların hazırlanması, karyera mərkəzləri ilə iş, qısamüddətli təlimlər və "Wordskills Azerbaijan platformasına cəlbedilmə ("WorldSkills Azerbaijan" peşəkarlığın və bacarıqların inkişafı üçün milli platforma). İşəgötürənlərin tələblərinə uyğun kadr hazırlayırıq, sahibkarların peşə təhsilinin təşkili və innovativ təşəbbüslərdə iştirakını təmin edirik", - deyə agentlik rəsmisi əlavə edib.
N.Kərimlinin sözlərinə görə, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə də əməkdaşlıq qurulub. Nəticədə peşə təhsili üzrə "AzerGold" QSC təqaüdü təsis edilib və 26 tələbənin hər biri aylıq 200 manat məbləğində təqaüdlə təmin edilib:
"Artıq 32 işəgötürənlə birgə 6 istiqamət üzrə əməkdaşlıq edirik. Bundan başqa, tələbə və məzunların məşğulluğunun dəstəklənməsi üçün 7 karyera mərkəzi qurulub".
Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "Bridge şirkətlər qrupu" arasında memorandum imzalanıb.