https://sputnik.az/20230317/qarabag-ve-serqi-zengezur-iqtisadi-rayonlari-vahid-enerji-sebekesine-qosulub---esedov-452818788.html
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları vahid enerji şəbəkəsinə qoşulub - Əsədov
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları vahid enerji şəbəkəsinə qoşulub - Əsədov
Sputnik Azərbaycan
Baş nazirin dediyinə görə, "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumilikdə 18 sənaye... 17.03.2023, Sputnik Azərbaycan
2023-03-17T16:50+0400
2023-03-17T16:50+0400
2023-03-17T16:50+0400
baş nazir
iqtisadiyyat
zəngəzur
zəngəzur dəhlizi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972762_0:87:3331:1961_1920x0_80_0_0_a857c465cd3c4eb4e219edb38250ddab.jpg
BAKI, 17 mart - Sputnik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib. O qeyd edib ki, hesabat dövrü ərzində işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 2241 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri və Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilib. "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb. Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln. manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır", - deyə Baş nazir bildirib. O əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı imzalanıb. Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edirlər.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972762_300:0:3031:2048_1920x0_80_0_0_f3ec3c55884de899ce5874c683283209.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
baş nazir, zəngəzur, zəngəzur dəhlizi
baş nazir, zəngəzur, zəngəzur dəhlizi
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları vahid enerji şəbəkəsinə qoşulub - Əsədov
Baş nazirin dediyinə görə, "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb.
BAKI, 17 mart - Sputnik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
O qeyd edib ki, hesabat dövrü ərzində işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 2241 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri və Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilib.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam" və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb. Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln. manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır", - deyə Baş nazir bildirib.
O əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı imzalanıb.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edirlər.