Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Bu il əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə vəsait nəzərdə tutulub"

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. Bu tədbirlər əhalinin real gəlirlərinin qorunmasına və inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb.
BAKI, 17 mart - Sputnik. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə postmüharibə dövründə 4500-dən artıq, o cümlədən 2022-ci ildə 1500 mənzil təqdim edilib. Keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təminatı üçün 2022-ci ilin dövlət büdcəsindən 365 milyon manat vəsait yönəldilib.
Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı bildirib.
Baş nazir deyib: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi qələbəmizin təminatçısı olan Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, ordu quruculuğu, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi tədbirlər görülüb”.
O qeyd edib ki, Prezident tərəfindən 2023-cü ilin əvvəlindən sosial artımları özündə ehtiva edən sosial islahatlar davam etdirilib.
“Ümumilikdə, 2023-cü ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək”, - deyə Baş nazir qeyd edib.
O əlavə edib ki, hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. Ümumilikdə, 2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. Bu tədbirlər əhalinin real gəlirlərinin qorunmasına və inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb.
Xəbər lenti
0