https://sputnik.az/20230317/bas-nazir-azerbaycanin-mudafie-qabiliyyetinin-guclendirildiyini-bildirib-452814527.html
Baş nazir Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirildiyini bildirib
Baş nazir Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirildiyini bildirib
Sputnik Azərbaycan
Əli Əsədov deyib ki, hökumətin vəzifəsi Strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli... 17.03.2023, Sputnik Azərbaycan
2023-03-17T13:13+0400
2023-03-17T13:13+0400
2023-03-17T13:13+0400
baş nazir
siyasət
əli əsədov
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_0:78:3364:1970_1920x0_80_0_0_f6f52d7de626d1de5c477cefa021a593.jpg
BAKI, 17 mart-Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, milli iqtisadiyyatımızın inkişafı davam edib, müdafiə qabiliyyəti gücləndirilib, əhalinin sosial rifahı dəstəklənib. Bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib. Baş nazir deyib ki, dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv "makroiqtisadi siyasət çərçivəsi"nin və iqtisadi inkişafın orta və uzunmüddətli "drayver"lərinin formalaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb: "Hökumət Prezidentin tapşırıqlarına uyğun olaraq hesabat ilində iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görüb. Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilib və 820 sərəncam imzalanıb". Əli Əsədov qeyd edib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq Hökumət tərəfindən hazırlanan "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Hökumətin vəzifəsi Strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsini təmin etməkdir: "Bir sözlə, ötən il ölkədə ictimai-iqtisadi həyatın bütün sahələrində aparılan məqsədyönlü islahatlarla yadda qalıb. Bu uğurlu siyasətin nəticəsidir ki, BMT-nin 2022-ci ildə təqdim etdiyi "Dayanıqlı İnkişaf üzrə Hesabat"ında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərib, 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. 2022-ci ildə qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya risklərinə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_317:0:3048:2048_1920x0_80_0_0_e4dfe20abc2ff450f119ff2adffbc79e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
baş nazir, əli əsədov, prezident ilham əliyev
baş nazir, əli əsədov, prezident ilham əliyev
Baş nazir Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirildiyini bildirib
Əli Əsədov deyib ki, hökumətin vəzifəsi Strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsini təmin etməkdir.
BAKI, 17 mart-Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, milli iqtisadiyyatımızın inkişafı davam edib, müdafiə qabiliyyəti gücləndirilib, əhalinin sosial rifahı dəstəklənib.
Bunu bu gün Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı bildirib.
Baş nazir deyib ki, dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv "makroiqtisadi siyasət çərçivəsi"nin və iqtisadi inkişafın orta və uzunmüddətli "drayver"lərinin formalaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb:
"Hökumət Prezidentin tapşırıqlarına uyğun olaraq hesabat ilində iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görüb. Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilib və 820 sərəncam imzalanıb".
Əli Əsədov qeyd edib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq Hökumət tərəfindən hazırlanan "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Hökumətin vəzifəsi Strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsini təmin etməkdir:
"Bir sözlə, ötən il ölkədə ictimai-iqtisadi həyatın bütün sahələrində aparılan məqsədyönlü islahatlarla yadda qalıb. Bu uğurlu siyasətin nəticəsidir ki, BMT-nin 2022-ci ildə təqdim etdiyi "Dayanıqlı İnkişaf üzrə Hesabat"ında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərib, 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. 2022-ci ildə qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və resessiya risklərinə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib".