Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın "yaşıl enerji" potensialı nə qədərdir? Rəsmi qurum rəqəmləri açıqladı

© AFP 2024 / JEAN-FRANCOIS MONIERGünəş panelləri
Günəş panelləri - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru bildirib ki, qeyd olunan potensialın 157 qiqavatı dənizdə, 30 qiqavatı quruda, 10 qiqavatı isə işğaldan azad olunmuş ərazilərdə olan "yaşıl enerji" imkanlarının payına düşür.
BAKI, 17 mart — Sputnik. Azərbaycanın "yaşıl enerji" potensialı 200 qiqavat həcmində qiymətləndirilir.
Bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol" mövzusunda keçirilən seminar zamanı bildirib.
Onun sözlərinə görə, qeyd olunan potensialın 157 qiqavatı dənizdə, 30 qiqavatı quruda, 10 qiqavatı isə işğaldan azad olunmuş ərazilərdə olan "yaşıl enerji" imkanlarının payına düşür.
Bundan əlavə, hazırda Naxçıvanda da "yaşıl enerji"nin imkanlarının inkişafı istiqamətində intensiv işlər görülür.
Cavid Abdullayev onu da əlavə edib ki, hazırda Azərbaycanın enerji sisteminin qoyuluş gücü 8 qiqavatı aşmır və "yaşıl enerji" potensialının istifadəsi bu imkanları artırmağa imkan verəcək. (APA)
Xəbər lenti
0