Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycandan keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb

© Sputnik / Ilham MustafaAzərbaycan-Gürcüstan sərhədində TIR-lar
Azərbaycan-Gürcüstan sərhədində TIR-lar - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Əli Əsədov bildirib ki, 2022-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükaşırmanın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin payına düşüb.
BAKI, 17 mart - Sputnik. Ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb.
Bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı bildirib.
Baş nazir, eyni zamanda, vurğulayıb ki, Azərbaycan Orta Dəhlizin təşviqinə öz töhfəsini verir.
“Tranzit silsiləsində olan qurumlarda infrastrukturun yaxşılaşdırılması və müvafiq ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam edib. Belə ki, 2022-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ümumi yükaşırmanın həcmi 15 faiz artaraq 6,4 milyon ton təşkil edib ki, onun da 89 faizi tranzit yüklərin payına düşüb”, - deyə Əli Əsədov qeyd edib.
Cənub Qaz Dəhlizi vasitəsilə 21 milyard kubmetr qaz ixrac edilib
O bildirib ki, ötən il Cənub Qaz Dəhlizi vasitəsilə ümumilikdə 21 milyard kubmetr, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edilib.
2022-ci ildə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun imzalandığını vurğulayan Baş nazir qeyd edib ki, sənədə əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bütün bunlar Avropanın qaz bazarında Azərbaycanın rolunun artırılması məqsədinə xidmət edir.
Ötən il həyata keçirilən sosial islahat paketi 3,4 milyon nəfəri əhatə edib
Baş nazir diqqətə çatdırıb ki, 2022-ci ildə minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Həmçinin minimum pensiyanın məbləği 20 faiz, sosial müavinətlər və Prezident təqaüdləri 26 faiz artırılıb. Bundan əlavə, aylıq müavinətlərin orta məbləği üzrə artım 33 faiz təşkil edib.
Əli Əsədov deyib ki, ümumilikdə 2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. Bu tədbirlər əhalinin real gəlirlərinin qorunmasına və inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb.
Xəbər lenti
0