Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib? - İnflyasiya xərcləri artırıb

manat - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Əhalinin xərclərinin yarıdan çoxu ərzağa gedib. Ötən ay Azərbaycanda illik ərzaq inflyasiyası 17,1% olub. Mərkəzi Bank inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır.
BAKI, 17 mart — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 405,5 manat pul xərcləyib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 59,3 manat və ya 17,1% çoxdur.
Cari ilin ötən dövründə xərclərin 228 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 177,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ötən ay Azərbaycanda illik ərzaq inflyasiyası 17,1% olub
Qeyd edək ki, xərclərin artmasının əsas səbəbi istehlak qiymətlərinin bahalaşmasıdır. Əhalinin pərakəndə ticarətdə xərclərinin çoxu ərzaqlara gedir. Ötən ay Azərbaycanda illik ərzaq inflyasiyası 17,1% olub. Ötən ay təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (12,2%), ödənişli xidmətlərin qiymətləri (11,4%) də bahalaşıb. Son bir ildə təkcə qida məhsulları 17,7% qalxıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,2 milyard manatlıq, o cümlədən 4,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2%, qeyri-ərzaq malları üzrə 3,5% artıb.
Xərclərin yarısı ərzağa gedib
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8%-i ərzaq məhsullarının, 5,4%-i içkilər və tütün məmulatlarının, 14,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,6%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
© AFP 2024 / YASIN AKGULƏrzaq mağazası, arxiv şəkli
Tükiyədə vəziyyət 10.04.2020 - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Ərzaq mağazası, arxiv şəkli
Əhalinin dərman xərcləri isə azalıb
Ötən iki ayda əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 209,7 milyon manat xərc çəkib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.
Bu il inflyasiyanın 8% ətrafında olacağı gözlənilir
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, dünya enerji və ərzaq qiymətlərinin stabilləşməsi şəraitində 2022-ci ilin IV rübündən başlayaraq ölkəmizin ticarət tərəfdaşı olan dövlətlərdə inflyasiya tədricən azalmağa başlayıb.
Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici mənşəli xərc amillərini əhəmiyyətli neytrallaşdırır.
Bununla belə inflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa, 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir.
© Sputnik / Murad OrujovAptek, arxiv şəkli
Sosial kömək - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Aptek, arxiv şəkli
Qiymət artımı əsasən xarici mənşəli xərc amilləri ilə bağlıdır
Xatırladaq ki, 2022-ci ildə də inflyasiyanın yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Təhlillər göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. Valyuta bazarında tarazlıq, nominal effektiv məzənnənin bahalaşması və qəbul edilən pul siyasəti qərarlarının təsiri altında formalaşan monetar şərait inflyasiya təzyiqlərini əhəmiyyətli məhdudlaşdırıb.
Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır
Cari ilin yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində inflyasiyanın hazırda bütün dünyada ciddi bir problemə çevrildiyini bildirib:

"Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya 1%-dən, yəni, 1 və maksimum 1,5%-dən yüksək olmurdu, bu gün inflyasiya 10%-i üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib...".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0