https://sputnik.az/20230316/tdt-nin-yubiley-zirve-gorusu-qazaxistanda-kecirilecek-452800711.html
TDT-nin yubiley Zirvə görüşü Qazaxıstanda keçiriləcək
TDT-nin yubiley Zirvə görüşü Qazaxıstanda keçiriləcək
Sputnik Azərbaycan
Qazaxıstan Prezidenti bildirib ki, türk ölkələri siyasi, iqtisadi və mədəni əməkdaşlığı yeni səviyyəyə çıxarmalıdır. 16.03.2023, Sputnik Azərbaycan
2023-03-16T19:23+0400
2023-03-16T19:23+0400
2023-03-16T19:23+0400
kasım-jomart tokayev
dünya xəbərləri
türk dövlətləri təşkilatı
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_0:41:1280:761_1920x0_80_0_0_c7569216eee1700faf8f2b73f67e2c02.jpg
BAKI, 16 mart — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırkı beynəlxalq geosiyasi və iqtisadi vəziyyətdə türk dünyası arasında əməkdaşlığın gücləndirilməsini vacib hesab edir. Tokayev Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə sammitində "Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda çıxış edib. Onun fikrincə, türk ölkələri siyasi, iqtisadi və mədəni əməkdaşlığı yeni səviyyəyə çıxarmalıdır."Bu, Qazaxıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir", - deyə o əlavə edib. Tokayev bildirib ki, Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək. Onun sözlərinə görə, TDT-nin X sammiti Türkistanda baş tutacaq: “Bu ilin payızında TDT-yə sədrlik Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi planlaşdırırıq". 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verilib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_106:0:1174:801_1920x0_80_0_0_4f174ddf9ef504962fd7bca2696c708f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kasım-jomart tokayev, türk dövlətləri təşkilatı, qazaxıstan
kasım-jomart tokayev, türk dövlətləri təşkilatı, qazaxıstan
TDT-nin yubiley Zirvə görüşü Qazaxıstanda keçiriləcək
Qazaxıstan Prezidenti bildirib ki, türk ölkələri siyasi, iqtisadi və mədəni əməkdaşlığı yeni səviyyəyə çıxarmalıdır.
BAKI, 16 mart — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hazırkı beynəlxalq geosiyasi və iqtisadi vəziyyətdə türk dünyası arasında əməkdaşlığın gücləndirilməsini vacib hesab edir.
Tokayev Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə sammitində "Fövqəladə halların idarə edilməsi və humanitar yardım" mövzusunda çıxış edib.
"Hazırda dünyada nə qədər çətin geosiyasi və iqtisadi vəziyyət olduğunu bilirsiniz. Bu şəraitdə türk dünyasının əməkdaşlığının gücləndirilməsi çox vacibdir. Bununla da təşkilatımız beynəlxalq aləmdə layiqli yer tutduğunu nümayiş etdirir", - Tokayev deyib.
Onun fikrincə, türk ölkələri siyasi, iqtisadi və mədəni əməkdaşlığı yeni səviyyəyə çıxarmalıdır.
"Bu, Qazaxıstanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir", - deyə o əlavə edib.
Tokayev bildirib ki, Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək.
Onun sözlərinə görə, TDT-nin X sammiti Türkistanda baş tutacaq: “Bu ilin payızında TDT-yə sədrlik Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi planlaşdırırıq".
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verilib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan müşahidəçi qismində iştirak edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.