Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarlara xəbərdarlıq edildi: vergi bəyannamələrinin təqdim edilməsi üçün son gün

© Sputnik / Murad OrujovVergi Məcəlləsi
Vergi Məcəlləsi - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş adamlarına etdiyi xəbərdarlıqda bildirilir ki, hesabatının vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilir.
BAKI, 16 mart — Sputnik. Martın 27-si və 31-i bir sıra vergi bəyannamələrinin təqdim edilməsi üçün son gündür. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iş adamlarına etdiyi xəbərdarlıqda bildirilir.
Qurum bəyan edib ki, martın 27-nə qədər uduşlardan əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi, əlavə dəyər vergisi, aksiz, yol vergisi, mədən vergisi, daşınmaz əmlak üzrə sadələşdirilmiş vergi, pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə sadələşdirilmiş vergi, martın 31-nə qədər isə gəlir, mənfəət və əmlak vergisi üzrə bəyannamələr təqdim edilməlidir.
Vergi hesabatının vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0