CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QMİ sədri: "Fransa islamofobiyanın tüğyan etdiyi bir ölkə kimi seçilir"

© Sputnik / Murad OrujovДень Ашуры в столичной мечети Тезепир
День Ашуры в столичной мечети Тезепир - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır və dövlətin onlar üçün yaratdığı bütün şəraitdən istifadə edirlər.
BAKI, 16 mart — Sputnik. "Hazırda Fransa Avropada islamofobiyanın tüğyan etdiyi bir ölkə kimi seçilir".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır və dövlətin onlar üçün yaratdığı bütün şəraitdən istifadə edirlər: "Müqəddəs Quranda Uca Allah bizlərə buyurur:

"Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin". Təəssüf ki, son zamanlar Avropada islamofobiya meyilləri kəskinləşir. Bu mənada Fransada baş verən anti-islam meyilləri getdikcə daha da kəskinləşir".

A.Paşazadə bildirib ki, erməni terror şəbəkəsinin əsası da məhz Fransada qoyulub:

"Nifrət çağırışlarının qarşısının alınması olduqca zəruridir. Ötən aylarda İsveçdə Quranın yandırılması da qətiyyətlə pislənilməlidir. Bütün bu təhlükə və təhdidlərdən insanların birgə mübarizəsi nəticəsindən qurtulmaq mümkün olacaq".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0