Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Dövlət başçısı Ankarada Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə iştirak edib.
BAKI, 16 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri martın 16-da başa çatıb.
Azərtac xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.
Xatırladaq ki, bu gün Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0