https://sputnik.az/20230316/pakistanda-mran-xanin-terefdarlari-ve-polis-arasinda-toqqusma-olub-452733588.html
Pakistanda İmran Xanın tərəfdarları və polis arasında toqquşma olub
Pakistanda İmran Xanın tərəfdarları və polis arasında toqquşma olub
Sputnik Azərbaycan
"DawnNewsTV" telekanalının məlumatına görə, çərşənbə günü səhər saatlarında İmran Xanı həbs etməyə gələn təhlükəsizlik qüvvələri onun tərəfdarlarının aktiv... 16.03.2023, Sputnik Azərbaycan
2023-03-16T00:09+0400
2023-03-16T00:09+0400
2023-03-16T00:09+0400
imran xan
dünya xəbərləri
pakistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437523326_827:641:2891:1802_1920x0_80_0_0_8514c3de948fb082d870b0fea10b7da6.jpg
BAKI, 15 mart — Sputnik. Pakistanın Lahor şəhərində ölkənin sabiq baş naziri və müxalif "Ədalət uğrunda hərəkat" partiyasının sədri İmran Xanın tərəfdarları və polis arasında toqquşmalarda azı 62 nəfər xəsarət alıb. "Geo.tv" telekanalının məlumatına görə, sabiq hökumət başçısının iqamətgahı qarşısında yaşanan qarşıdurma nəticəsində yaralananların 54-ü polis, 8-i isə mülki şəxsdir. "DawnNewsTV" telekanalının məlumatına görə çərşənbə günü səhər saatlarında İmran Xanı həbs etməyə gələn təhlükəsizlik qüvvələri onun tərəfdarlarının aktiv müqaviməti ilə qarşılaşıb. Martın 14-də Lahorda baş verən toqquşmalarda isə 30 polis əməkdaşı yaralanıb, 15 fəal isə həbs olunub. Pakistanın Daxili İşlər Nazirliyindən bildirilib ki, tərəfdarlarının müqavimətinə baxmayaraq, sabiq baş nazir məhkəmənin hökmünə əsasən həbs ediləcək. İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində baş nazir postunu tərk edib. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib. Həmin ilin mayından başlayaraq İmran Xanın partiyası hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437523326_1002:556:2991:2048_1920x0_80_0_0_c0559332e026f93bd3787f040ce91f13.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imran xan, pakistan
Pakistanda İmran Xanın tərəfdarları və polis arasında toqquşma olub
"DawnNewsTV" telekanalının məlumatına görə, çərşənbə günü səhər saatlarında İmran Xanı həbs etməyə gələn təhlükəsizlik qüvvələri onun tərəfdarlarının aktiv müqaviməti ilə qarşılaşıb.
BAKI, 15 mart — Sputnik. Pakistanın Lahor şəhərində ölkənin sabiq baş naziri və müxalif "Ədalət uğrunda hərəkat" partiyasının sədri İmran Xanın tərəfdarları və polis arasında toqquşmalarda azı 62 nəfər xəsarət alıb.
"Geo.tv" telekanalının məlumatına görə, sabiq hökumət başçısının iqamətgahı qarşısında yaşanan qarşıdurma nəticəsində yaralananların 54-ü polis, 8-i isə mülki şəxsdir.
"DawnNewsTV" telekanalının məlumatına görə çərşənbə günü səhər saatlarında İmran Xanı həbs etməyə gələn təhlükəsizlik qüvvələri onun tərəfdarlarının aktiv müqaviməti ilə qarşılaşıb.
Martın 14-də Lahorda baş verən toqquşmalarda isə 30 polis əməkdaşı yaralanıb, 15 fəal isə həbs olunub.
Pakistanın Daxili İşlər Nazirliyindən bildirilib ki, tərəfdarlarının müqavimətinə baxmayaraq, sabiq baş nazir məhkəmənin hökmünə əsasən həbs ediləcək.
İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində baş nazir postunu tərk edib. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib. Həmin ilin mayından başlayaraq İmran Xanın partiyası hakimiyyətə qayıtmaq üçün kampaniya aparır.