https://sputnik.az/20230316/nyu-yorkda-su-sammiti-kecirilecek-452790366.html
Nyu-Yorkda su sammiti keçiriləcək
Nyu-Yorkda su sammiti keçiriləcək
Sputnik Azərbaycan
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, bu faciəvi hadisə Azərbaycanın necə ölümcül problemlə üzləşdiyini bir daha... 16.03.2023, Sputnik Azərbaycan
2023-03-16T21:19+0400
2023-03-16T21:19+0400
2023-03-16T21:26+0400
nyu-york
cəmiyyət
su
sammit
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426772618_0:0:3078:1731_1920x0_80_0_0_07cc4142b164644722bcaf010dfed5d7.jpg
BAKI, 16 mart — Sputnik. "Yaxın günlərdə ABŞ-ın Nyu-York şəhərində su sammiti keçiriləcək". Report-un xəbərinə görə, bunu Ağdamda Azərbaycan Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev deyib. O bildirib ki, Nyu-Yorkda su idarəetmə məsələləri müzakirə ediləcək: "Bu da Azərbaycan üçün çox vacibdir". O qeyd edib ki, BMT nümayəndələri ilə məsləhətləşmələr davamlı həyata keçirilir:"Bu tədbir keçən il Şuşada, bu il isə Ağdamda təşkil olunub. Əminik ki, bu proses davamlı xatakter daşıyacaq və ikitərəfli əməkdaşlığımızın daha səmərəli olmasına şərait yaradacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426772618_213:0:2944:2048_1920x0_80_0_0_18bf67c798f45968a42b52dc791ce402.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nyu-york, su, sammit
Nyu-Yorkda su sammiti keçiriləcək
21:19 16.03.2023 (Yenilənib: 21:26 16.03.2023) Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, bu faciəvi hadisə Azərbaycanın necə ölümcül problemlə üzləşdiyini bir daha tədbir iştirakçılarına xatırlatdı.
BAKI, 16 mart — Sputnik. "Yaxın günlərdə ABŞ-ın Nyu-York şəhərində su sammiti keçiriləcək". Report-un xəbərinə görə, bunu Ağdamda Azərbaycan Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdən sonra jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev deyib.
O bildirib ki, Nyu-Yorkda su idarəetmə məsələləri müzakirə ediləcək: "Bu da Azərbaycan üçün çox vacibdir".
"Vurğulamaq istərdim ki, minatəmizləmə məsələsi daimi olaraq ölkə rəhbərinin diqqət mərkəzindədir. Tədbir iştirakçıları Ağdama gələrkən yolboyu azad olunmuş ərazilərdə böyükmiqyaslı işlərin həyata keçirilməsinin, o cümlədən minatəmizləmə işlərinin şahidi oldular. Bu gün Ağdamda faciə baş verib, 2 vətəndaşımız minaya düşərək həlak olub. Bu faciəvi hadisə Azərbaycanın necə ölümcül problemlə üzləşdiyini bir daha tədbir iştirakçılarına xatırlatdı", - S.Hacıyev vurğulayıb.
O qeyd edib ki, BMT nümayəndələri ilə məsləhətləşmələr davamlı həyata keçirilir:
"Bu tədbir keçən il Şuşada, bu il isə Ağdamda təşkil olunub. Əminik ki, bu proses davamlı xatakter daşıyacaq və ikitərəfli əməkdaşlığımızın daha səmərəli olmasına şərait yaradacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.