Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

"Mən fəxr edirəm ki, azərbaycanlıyam!" adlı videoçarx və foto müsabiqəsi başlayır

© Sputnik / Perventsev / Mediabanka keçidHeydər Əliyev
Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Müsabiqənin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc istedadların üzə çıxarılması və onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsindən ibarətdir.
BAKI, 16 mart — Sputnik. Martın 17-dən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" adlı videoçarx və foto müsabiqəsinə start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Müsabiqənin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi, gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi, gənc istedadların üzə çıxarılması və onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsindən ibarətdir.
Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında iki yaş qrupunda (9-13 yaş və 14-17 yaş) videoçarx və foto nominasiyalar üzrə keçirilir.
Müsabiqə iki mərhələdə olacaq:
I mərhələ – 17 mart – 24 aprel tarixlərini əhatə edir. Bu mərhələdə müsabiqəyə qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlər, foto və videoçarxlar müsabiqənin təşkilat komitəsinin ugim-3@mk.edu.az elektron poçt ünvanına göndərilməlidir.
II mərhələ – 5 – 15 may tarixlərini əhatə edir. Təqdim edilən işlər münsiflər heyəti tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirilir və qaliblər seçilir.
Müsabiqədə hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlərin qalibi olmuş iştirakçılar Elm və Təhsil Nazirliyinin fəxri fərman və hədiyyələri ilə təltif olunacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0