https://sputnik.az/20230316/mehkumlar-icbari-tibbi-sigortadan-niye-kenarda-qaliblar-452609783.html
Məhkumlar icbari tibbi sığortadan niyə kənarda qalıblar?
Məhkumlar icbari tibbi sığortadan niyə kənarda qalıblar?
Sputnik Azərbaycan
Deputatın fikrincə, Penitensiar Xidmətin Müalicə Müəssisələrində tətbiqi mümkün olmayan tibbi xidmətlərlə bağlı bir mexanizm həyata keçirilməlidir ki... 16.03.2023, Sputnik Azərbaycan
2023-03-16T10:00+0400
2023-03-16T10:00+0400
2023-03-16T10:00+0400
məhkum
cəmiyyət
ombudsman
ombudsman aparatı
ombudsman səbinə əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427810337_0:0:3072:1728_1920x0_80_0_0_398042af4105ea576ee9818ddda4dc2e.jpg
BAKI, 16 mart — Sputnik. Bir müddət öncə Milli Məclisdə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) "Azərbaycan Respublikasında insan hüquqlarının qorunması" haqqında məruzəsi dinlənilib. Ombudsman məruzəsində bildirib ki,məhkumlar icbari sığortadan kənarda qalıblar. Məruzədə qeyd edilib ki cəzaçəkmə müəssisələrində sağlamlığında problem yaranan məhkumlara bəzi tibbi xidmətləri göstərmək mümkün deyil. Məhkumların isə sığortası olmadığından dövlət xəstəxanalarında da onlara tibbi xidmət göstərilmir. Ombudsmanın məruzəsində bildirilir ki, onların Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciətindən sonra 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən şəxs Müalicə Müəssisəsinə keçirilib və lazımi müalicə tədbirləri ilə təmin olunub. Ombudsman məhkumların sağlamlıq hüququnun qorunmasında nöqsanlar aşkarlayıb "Ərizəçi Ombudsmana müraciət edərək, məhkum həyat yoldaşı Ə.-nin səhhətinin getdikcə ağırlaşdığını bildirib. Onun müayinə və müalicəsinin təşkilində köməklik göstərilməsini xahiş edib. Ombudsmanın Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciətindən sonra həmin şəxs Müalicə Müəssisəsinə köçürülüb, burada müayinələrə cəlb olunaraq müxtəlif ixtisaslı həkimlər, o cümlədən Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssisləri tərəfindən konsultasiya olunaraq MRT müayinəsi təşkil edilib. Penitensiar Xidmətin Müalicə Müəssisəsində ixtisaslaşmış tibbi müayinənin həyata keçirilməsində zəruri olan bəzi tibbi avadanlıqların, həmçinin mütəxəssis həkimlərin olmaması səbəbindən bəzi hallarda həbs yerlərində saxlanılan şəxslərin, habelə məhkumların sağlamlıq vəziyyətinin, o cümlədən ağırlaşmaların dəqiq müəyyən edilməsi, əhatəli müayinə və müalicənin effektiv təşkili mümkün olmayıb. Bununla belə, Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərin icbari tibbi sığortası qanunvericilikdə nəzərdə tutulmadığı üçün bəzi zəruri müayinə və müalicələrin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həyata keçirilməsi mümkün olmayıb. Belə ki, həbs edilmiş şəxslər, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-2-ci maddəsi ilə müəyyən edilmiş sığortaolunanların kateqoriyasına aid edilməyib. Göründüyü kimi, qanunun müvafiq müddəası həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin sağlamlıq vəziyyətinin dövlət hesabına əhatəli müayinə və müalicəsinə imkan vermir. Şəki Penitensiar Müəssisəsində saxlanılan M. (22336-21) tibbi rəyə əsasən, tibbi müayinə nəticəsində ona təyin edilən cərrahi əməliyyatın Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılmadığını, maddi vəziyyətinin isə ağır olduğunu bildirib, müvafiq köməklik göstərilməsini xahiş edib. Ombudsmanın TƏBİB-ə müraciətinə verilmiş cavabdan məlum olub ki, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, cərrahi əməliyyatın aparılması mümkün olmayıb. Qeyd edilənlər nəzərə alınaraq, həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin sağlamlığının qorunması hüququnun effektiv müdafiəsi məqsədilə belə şəxslərin müayinə və müalicəsinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılması mümkün olmadıqda, zəruri tibbi xidmətlərin digər tibb müəssisələrində dövlət hesabına həyata keçirilməsi ilə bağlı müvafiq qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin edilməsi vacibdir", - deyə məruzədə bildirilib. Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanovla əlaqə saxlamağa cəhd etsək də, onun iclasda olduğu, çıxdıqdan sonra əlaqə saxlayacağını bildirdilər. Məhkumlara tibbi sığorta niyə şamil olunmur? Sputnik Azərbaycan məsələni araşdırmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, qurum "Tibbi sığorta haqqında" qanunda nəzərdə tutulan hallarda sığortaolunların hüququnu təmin edir. Əgər gələcəkdə məhkumlar da qanunla bu kateqoriyaya aid edilərsə onların hüquqları təmin olunacaq. Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Penitensiar Xidmətin Müalicə Müəssisələri dövlət səhiyyə sisteminə aiddir. Buna görə də buradakı məhkumların səhiyyə xərcləri dövlət tərəfindən qarşılanır: "Burada məqsəd ondan ibarətdir ki, cəzaçəkmə müəssisələri qapalı olduğundan oradakı məhkumlar üçün tibbi xidmət ayrıca tibb müəssisələri tərəfindən həyata keçirilsin. Hərbidə, daxili qoşunlarda da tibbi xidmət ayrıca bir idarə tərəfindən həyata keçirilir. Onların ilkin səhiyyə xidməti eləcə də stasionar xidmət göstərən müəssisələri var". Deputat bildirib ki, bəzi müayinələr ola bilər ki, o tibb müəssisələrdə olmasın. Əgər Penitensiar Xidmətin Müalicə Müəssisələrində müəyyən tibbi xidmətlər yoxdursa, bu zaman məhkumların müayinə və müalicəsi istiqamətində addımlar atılmalıdır. Mən də Səhiyyə Komitəsində məhkumların qarşılaşdığı bu problemi qaldıracağam. Belə faktlar varsa bu barədə düşünülməlidir. Penitensiar Xidmətin Müalicə Müəssisələrində tətbiqi mümkün olmayan tibbi xidmətlərlə bağlı bir mexanizm həyata keçirilməlidir ki,məhkumların sağlamlığında yaranmış problem aradan qaldılsın". M. Məmmədli dünyanın başqa ölkələrində də məhkumların sağlamlığının qorunmasının dövlət tərəfindən həyata keçirildiyini söyləyib. Xatırladaq ki, 1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanılıb. İcbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir. Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2550 xidmət daxildir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427810337_301:0:3032:2048_1920x0_80_0_0_f9868c78c0f2c3ac4db668a4ff957ae0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məhkum, ombudsman, ombudsman aparatı, ombudsman səbinə əliyeva
məhkum, ombudsman, ombudsman aparatı, ombudsman səbinə əliyeva
Məhkumlar icbari tibbi sığortadan niyə kənarda qalıblar?
Deputatın fikrincə, Penitensiar Xidmətin Müalicə Müəssisələrində tətbiqi mümkün olmayan tibbi xidmətlərlə bağlı bir mexanizm həyata keçirilməlidir ki, məhkumların sağlamlığında yaranmış problem aradan qaldılsın.
BAKI, 16 mart — Sputnik. Bir müddət öncə Milli Məclisdə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) "Azərbaycan Respublikasında insan hüquqlarının qorunması" haqqında məruzəsi dinlənilib. Ombudsman məruzəsində bildirib ki,məhkumlar icbari sığortadan kənarda qalıblar. Məruzədə qeyd edilib ki cəzaçəkmə müəssisələrində sağlamlığında problem yaranan məhkumlara bəzi tibbi xidmətləri göstərmək mümkün deyil. Məhkumların isə sığortası olmadığından dövlət xəstəxanalarında da onlara tibbi xidmət göstərilmir.
Ombudsmanın məruzəsində bildirilir ki, onların Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciətindən sonra 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən şəxs Müalicə Müəssisəsinə keçirilib və lazımi müalicə tədbirləri ilə təmin olunub.
Ombudsman məhkumların sağlamlıq hüququnun qorunmasında nöqsanlar aşkarlayıb
"Ərizəçi Ombudsmana müraciət edərək, məhkum həyat yoldaşı Ə.-nin səhhətinin getdikcə ağırlaşdığını bildirib. Onun müayinə və müalicəsinin təşkilində köməklik göstərilməsini xahiş edib. Ombudsmanın Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciətindən sonra həmin şəxs Müalicə Müəssisəsinə köçürülüb, burada müayinələrə cəlb olunaraq müxtəlif ixtisaslı həkimlər, o cümlədən Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssisləri tərəfindən konsultasiya olunaraq MRT müayinəsi təşkil edilib.
Penitensiar Xidmətin Müalicə Müəssisəsində ixtisaslaşmış tibbi müayinənin həyata keçirilməsində zəruri olan bəzi tibbi avadanlıqların, həmçinin mütəxəssis həkimlərin olmaması səbəbindən bəzi hallarda həbs yerlərində saxlanılan şəxslərin, habelə məhkumların sağlamlıq vəziyyətinin, o cümlədən ağırlaşmaların dəqiq müəyyən edilməsi, əhatəli müayinə və müalicənin effektiv təşkili mümkün olmayıb.
Bununla belə, Penitensiar Xidmətin müəssisələrində saxlanılan şəxslərin icbari tibbi sığortası qanunvericilikdə nəzərdə tutulmadığı üçün bəzi zəruri müayinə və müalicələrin TƏBİB-in tabeliyində olan tibb müəssisələrində həyata keçirilməsi mümkün olmayıb. Belə ki, həbs edilmiş şəxslər, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-2-ci maddəsi ilə müəyyən edilmiş sığortaolunanların kateqoriyasına aid edilməyib.
Göründüyü kimi, qanunun müvafiq müddəası həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin sağlamlıq vəziyyətinin dövlət hesabına əhatəli müayinə və müalicəsinə imkan vermir. Şəki Penitensiar Müəssisəsində saxlanılan M. (22336-21) tibbi rəyə əsasən, tibbi müayinə nəticəsində ona təyin edilən cərrahi əməliyyatın Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılmadığını, maddi vəziyyətinin isə ağır olduğunu bildirib, müvafiq köməklik göstərilməsini xahiş edib.
Ombudsmanın TƏBİB-ə müraciətinə verilmiş cavabdan məlum olub ki, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, cərrahi əməliyyatın aparılması mümkün olmayıb. Qeyd edilənlər nəzərə alınaraq, həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin sağlamlığının qorunması hüququnun effektiv müdafiəsi məqsədilə belə şəxslərin müayinə və müalicəsinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində aparılması mümkün olmadıqda, zəruri tibbi xidmətlərin digər tibb müəssisələrində dövlət hesabına həyata keçirilməsi ilə bağlı müvafiq qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin edilməsi vacibdir", - deyə məruzədə bildirilib.
Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanovla əlaqə saxlamağa cəhd etsək də, onun iclasda olduğu, çıxdıqdan sonra əlaqə saxlayacağını bildirdilər.
Məhkumlara tibbi sığorta niyə şamil olunmur?
Sputnik Azərbaycan məsələni araşdırmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, qurum "Tibbi sığorta haqqında" qanunda nəzərdə tutulan hallarda sığortaolunların hüququnu təmin edir. Əgər gələcəkdə məhkumlar da qanunla bu kateqoriyaya aid edilərsə onların hüquqları təmin olunacaq.
Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Penitensiar Xidmətin Müalicə Müəssisələri dövlət səhiyyə sisteminə aiddir. Buna görə də buradakı məhkumların səhiyyə xərcləri dövlət tərəfindən qarşılanır:
"Burada məqsəd ondan ibarətdir ki, cəzaçəkmə müəssisələri qapalı olduğundan oradakı məhkumlar üçün tibbi xidmət ayrıca tibb müəssisələri tərəfindən həyata keçirilsin. Hərbidə, daxili qoşunlarda da tibbi xidmət ayrıca bir idarə tərəfindən həyata keçirilir. Onların ilkin səhiyyə xidməti eləcə də stasionar xidmət göstərən müəssisələri var".
Deputat bildirib ki, bəzi müayinələr ola bilər ki, o tibb müəssisələrdə olmasın. Əgər Penitensiar Xidmətin Müalicə Müəssisələrində müəyyən tibbi xidmətlər yoxdursa, bu zaman məhkumların müayinə və müalicəsi istiqamətində addımlar atılmalıdır. Mən də Səhiyyə Komitəsində məhkumların qarşılaşdığı bu problemi qaldıracağam. Belə faktlar varsa bu barədə düşünülməlidir. Penitensiar Xidmətin Müalicə Müəssisələrində tətbiqi mümkün olmayan tibbi xidmətlərlə bağlı bir mexanizm həyata keçirilməlidir ki,məhkumların sağlamlığında yaranmış problem aradan qaldılsın".
M. Məmmədli dünyanın başqa ölkələrində də məhkumların sağlamlığının qorunmasının dövlət tərəfindən həyata keçirildiyini söyləyib.
Xatırladaq ki, 1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanılıb. İcbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir.
Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir. Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2550 xidmət daxildir.