https://sputnik.az/20230316/ktmt-nin-bas-katibi-ermenistana-gedib-452785606.html
KTMT-nin baş katibi Ermənistana gedib
KTMT-nin baş katibi Ermənistana gedib
Sputnik Azərbaycan
Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında, KTMT-nin Ermənistanı tərk etməsindən narahatlığını bildirib. 16.03.2023, Sputnik Azərbaycan
2023-03-16T14:54+0400
2023-03-16T14:54+0400
2023-03-16T14:54+0400
dünya xəbərləri
ktmt
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:3111:1750_1920x0_80_0_0_c51905fb38b3a765d6dea7a63de292ad.jpg
BAKI, 16 mart — Sputnik. KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edib. Bu barədə İnterfax Ermənistan XİN-ə istinadən məlumat yayıb. "Baş katib Ermənistana martın 15-də gəlib. Onun respublika rəhbərliyi ilə görüşü planlaşdırılır", - deyə Ermənistan XİN-dən bildiriblər. Bu, Tasmaqambetovun KTMT-nin baş katibi kimi Ermənnistana ilk səfəridir. Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında, KTMT-nin Ermənistanı tərk etməsindən narahatlığını bildirib. Martın 10-da Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib. "Bəli, biz KTMT-yə müvafiq təklif göndərmişik", - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib. Yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan 2023-cü ildə ölkədə KTMT təlimlərinin keçirilməsini lazımsız hesab edir. 2022-ci il noyabrın 23-də İrəvanda Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:2731:2048_1920x0_80_0_0_ad1c2c9185b87ba8376b69c4684c6a7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt, ermənistan
KTMT-nin baş katibi Ermənistana gedib
Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında, KTMT-nin Ermənistanı tərk etməsindən narahatlığını bildirib.
BAKI, 16 mart — Sputnik. KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Ermənistana səfər edib. Bu barədə İnterfax Ermənistan XİN-ə istinadən məlumat yayıb.
"Baş katib Ermənistana martın 15-də gəlib. Onun respublika rəhbərliyi ilə görüşü planlaşdırılır", - deyə Ermənistan XİN-dən bildiriblər.
Bu, Tasmaqambetovun KTMT-nin baş katibi kimi Ermənnistana ilk səfəridir.
Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında, KTMT-nin Ermənistanı tərk etməsindən narahatlığını bildirib.
"2022-ci ildə KTMT-nin baş katibi Ermənistana gələndə mənə dedi ki, KTMT Ermənistanın Təşkilatdan çıxmasından narahatdır. Mən dedim ki, bu narahatlıq yersizdir, lakin KTMT-nin Ermənistandan çıxa biləcəyi ilə bağlı başqa bir narahatlıq var. İndi mənim qiymətləndirməm belədir: KTMT istər-istəməz Ermənistanı tərk edir və bu bizi narahat edir", - Paşinyan bildirib.
Martın 10-da Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina edib. "Bəli, biz KTMT-yə müvafiq təklif göndərmişik", - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan deyib.
Yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan 2023-cü ildə ölkədə KTMT təlimlərinin keçirilməsini lazımsız hesab edir. 2022-ci il noyabrın 23-də İrəvanda Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.