SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

© Photo : MFA AzerbaijanCeyhun Bayramov və Mövlud Çavuşoğlu, arxiv şəkli
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
BAKI, 16 mart — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
Toplantı TDT-nin "Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım" mövzusunda bu gün Ankarada keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.
Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0