https://sputnik.az/20230316/azerbaycanda-saglam-omur-uzunlugu-artib---nazir-muavini-452772156.html
Azərbaycanda sağlam ömür uzunluğu artıb - Nazir müavini
Azərbaycanda sağlam ömür uzunluğu artıb - Nazir müavini
Sputnik Azərbaycan
Nazir müavini bildirib ki, səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada... 16.03.2023, Sputnik Azərbaycan
2023-03-16T14:14+0400
2023-03-16T14:14+0400
2023-03-16T14:14+0400
qoca
cəmiyyət
uzun ömür
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424539499_0:0:3069:1727_1920x0_80_0_0_f12900b734bfc822cd4bc77f1c64bd83.jpg
BAKI, 16 mart — Sputnik. "Azərbaycanda son illərdə keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığı davamlı yaxşılaşıb. Nəticədə ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, doğulanlar arasında gözlənilən sağlam ömür uzunluğu artıb". "Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov "Viva la vida" uzunömürlülük üzrə beynəlxalq konqres və sərginin açılış mərasimində deyib. Onun sözlərinə görə, tibb sektorunda qeydə alınan irəliləyişlər son 10 illikdə insan ömrünün uzanması ilə nəticələnib:Nazir müavini bildirib ki, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi məqsədinə çatmaq üçün fəaliyyət istiqamətləri olaraq reproduktiv sağlamlığın təmin olunması, uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi, uşaqların sağlam böyüməsinin təmin edilməsi və s. məsələlər müəyyənləşdirilib:"Səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424539499_0:0:2731:2048_1920x0_80_0_0_bf4bbe0da5701dca590a7b29f430d703.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoca, uzun ömür, azərbaycan
qoca, uzun ömür, azərbaycan
Azərbaycanda sağlam ömür uzunluğu artıb - Nazir müavini
Nazir müavini bildirib ki, səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır.
BAKI, 16 mart — Sputnik. "Azərbaycanda son illərdə keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığı davamlı yaxşılaşıb. Nəticədə ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, doğulanlar arasında gözlənilən sağlam ömür uzunluğu artıb".
"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov "Viva la vida" uzunömürlülük üzrə beynəlxalq konqres və sərginin açılış mərasimində deyib.
Onun sözlərinə görə, tibb sektorunda qeydə alınan irəliləyişlər son 10 illikdə insan ömrünün uzanması ilə nəticələnib:
"Bu baxımdan uzunömürlü yanaşmanın həm sosial, həm də iqtisadi cəhətdən idarə olunması qaçılmazdır. Tibbin imkanlarından istifadə etməklə insanların sağlam və produktiv yaşamasına, aktiv həyat tərzi sürməsini təmin etmək mütləqdir".
Nazir müavini bildirib ki, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi məqsədinə çatmaq üçün fəaliyyət istiqamətləri olaraq reproduktiv sağlamlığın təmin olunması, uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi, uşaqların sağlam böyüməsinin təmin edilməsi və s. məsələlər müəyyənləşdirilib:
"Səhiyyə siyasətini formalaşdıran mərkəzi icra hakimiyyəti orqanı olaraq Səhiyyə Nazirliyi vətəndaşların sağlamlığına yanaşmada praktiki mövqeyin tərəfdarı və təşviqatçısıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.