CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AMEA-da ciddi ixtisarlar aparılıb - İsa Həbibbəyli

AMEA - Sputnik Azərbaycan, 1920, 16.03.2023
Abunə olmaq
AMEA-nın prezidenti bildirib ki, akademiyada da həm elm sahəsində, həm də struktur islahatları və kadr dəyişikliyi istiqamətlərində islahatların aparılması davam etdirilir.
BAKI, 16 mart — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi tədqiqat institutları və ölkəmizin digər elmi qurumları ilə qarşılıqlı əlaqə və birgə əməkdaşlıq şəraitində öz işini davam etdirir.
Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın ümumi yığıncağında deyib.
O bildirib ki, AMEA-da həm elm sahəsində, həm də struktur islahatları və kadr dəyişikliyi istiqamətlərində islahatların aparılması davam etdirilir:

"AMEA-nın tabeliyində olan institutlarda və Rəyasət Heyətində müəyyən edilmiş struktur və əməkdaşların say həddinə uyğun olaraq ciddi ixtisarlar aparılıb. Mövcud olan bir çox paralel qurumlar birləşib. Ədəbiyyat, Folklor, Memarlıq və İncəsənət, Tarix, eləcə də Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarındakı oxşar şöbələr ləğv edilib, cəmiyyətin inkişafından doğan yeni qurumlar yaradılıb".

AMEA rəhbəri qeyd edib ki, dövlət başçısının Qərbi Azərbaycan icması ilə görüşü zamanı səsləndirdiyi çağırışları həyata keçirmək məqsədilə Tarix, Folklor və Dilçilik institutlarında müvafiq elmi tədqiqat şöbələri yaradılıb, Rəyasət Heyəti səviyyəsində əlaqələndirmə şurası təsis edilmiş və şuranın ilk iclası keçirilib:
"Həmçinin Akademiyanın Rəyasət Heyətinin aparatında yaradılmış "Elektron Akademiya" şöbəsinin təsis olunmuş yeni idarəetmə qurumlarından olduğunu bildirib və struktur islahatları istiqamətində müzakirələr davam etdirilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0