DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir.
BAKI, 15 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Görüş zamanı Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının martın 16-da Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirib.
Görüşdə Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Ankarada Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıblar.
Prezidentlər görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını da müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün martın 15-də Türkiyəyə səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.
***
Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, iclas Türk Dövlətləri Təşkilatının (TDT) 16 mart 2023-cü il tarixində “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək Fövqəladə Zirvə görüşü çərçivəsində baş tutacaq.
Bu gün həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qəbul edib.
Türkiyə Prezidentinin Ofisinin yaydığı xəbərə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ankaraya işgüzar səfərə gedib.
Türkiyə mediası Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın da Türk Dövlətləri Təşkilatının fövqəladə zirvə görüşündə iştirak üçün Ankaraya gedəcəyini yazıb.
Xəbər lenti
0