https://sputnik.az/20230315/tokayev-tehlukesizlik-surasina-tapsiriq-verdi-452723735.html
Tokayev Təhlükəsizlik Şurasına tapşırıq verdi
Tokayev Təhlükəsizlik Şurasına tapşırıq verdi
Sputnik Azərbaycan
Qazaxıstan dövlət başçısı müasir şəraitdə milli təhlükəsizliyə qarşı mövcud çağırışların və təhdidlərin obyektiv qiymətləndirilməsinin, habelə onların... 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T14:28+0400
2023-03-15T14:28+0400
2023-03-15T14:28+0400
kasım-jomart tokayev
dünya xəbərləri
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_0:41:1280:761_1920x0_80_0_0_c7569216eee1700faf8f2b73f67e2c02.jpg
BAKI, 15 mart — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında müasir şəraitdə milli təhlükəsizliyə çağırış və təhdidləri obyektiv qiymətləndirməyi tapşırıb. Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Tədbirdə 2021-2025-ci illər üçün milli təhlükəsizlik strategiyasının icrası çərçivəsində qəbul edilmiş milli təhlükəsizlik risklərinin idarə olunması üzrə tədbirlər planının icrası ilə bağlı məsələlərə baxılıb. "Dövlət başçısı müasir şəraitdə milli təhlükəsizliyə qarşı mövcud çağırışların və təhdidlərin obyektiv qiymətləndirilməsinin, habelə onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasının zəruriliyini qeyd edib", - məlumatda deyilir. İclasın yekunları üzrə Təhlükəsizlik Şurası milli təhlükəsizlik risklərinin idarə edilməsi sisteminin səmərəliliyinin artırılmasına və milli maraqların qorunmasına yönəlmiş qərarlar qəbul edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_106:0:1174:801_1920x0_80_0_0_4f174ddf9ef504962fd7bca2696c708f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kasım-jomart tokayev, qazaxıstan
kasım-jomart tokayev, qazaxıstan
Tokayev Təhlükəsizlik Şurasına tapşırıq verdi
Qazaxıstan dövlət başçısı müasir şəraitdə milli təhlükəsizliyə qarşı mövcud çağırışların və təhdidlərin obyektiv qiymətləndirilməsinin, habelə onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.
BAKI, 15 mart — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Təhlükəsizlik Şurasının iclasında müasir şəraitdə milli təhlükəsizliyə çağırış və təhdidləri obyektiv qiymətləndirməyi tapşırıb.
Bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Tədbirdə 2021-2025-ci illər üçün milli təhlükəsizlik strategiyasının icrası çərçivəsində qəbul edilmiş milli təhlükəsizlik risklərinin idarə olunması üzrə tədbirlər planının icrası ilə bağlı məsələlərə baxılıb.
"Dövlət başçısı müasir şəraitdə milli təhlükəsizliyə qarşı mövcud çağırışların və təhdidlərin obyektiv qiymətləndirilməsinin, habelə onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasının zəruriliyini qeyd edib", - məlumatda deyilir.
İclasın yekunları üzrə Təhlükəsizlik Şurası milli təhlükəsizlik risklərinin idarə edilməsi sisteminin səmərəliliyinin artırılmasına və milli maraqların qorunmasına yönəlmiş qərarlar qəbul edib.