https://sputnik.az/20230315/seudiyye-erebistani-neftin-qiymetine-tavan-tetbiq-edenlere-onu-satmayacaq-452727387.html
Səudiyyə Ərəbistanı neftin qiymətinə tavan tətbiq edənlərə onu satmayacaq
Səudiyyə Ərəbistanı neftin qiymətinə tavan tətbiq edənlərə onu satmayacaq
Sputnik Azərbaycan
Krallığın energetika naziri ABŞ hökumətinin OPEC üzvləri və onların tərəfdaşlarına qarşı antiinhisar iddiaları qaldıra biləcəyini nəzərdə tutan antikartel... 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T21:37+0400
2023-03-15T21:37+0400
2023-03-15T21:37+0400
neft
iqtisadiyyat
səudiyyə ərəbistanı
səudiyyə ərəbistanı kralı
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243306_0:160:3072:1888_1920x0_80_0_0_78edd2855390f87a3db1417b81ecbee4.jpg
BAKI, 15 mart — Sputnik. Energetika naziri Əbdül Əziz bin Salman Əl Səud "Energy Intelligence" nəşrinə müsahibəsində bildirib ki, Səudiyyə Ərəbistanı bu ölkədən tədarükün qiymətinə tavan tətbiq edən dövlətlərə neft satmayacaq. Bu barədə "İzvestiya" məlumat yayıb. Beləlklə də, nazir ABŞ hökumətinin OPEC üzvlərinə və onların tərəfdaşlarına qarşı antiinhisar iddiaları qaldıra biləcəyini nəzərdə tutan NOPEC (No Oil Producing and Exporting Cartels Act) antikartel qanun layihəsini şərh edib. "Əgər Səudiyyə neftinin ixracı məhdudiyyətlərə məruz qalarsa, biz onu tədarükümüzə qiymət tavanı tətbiq edən heç bir ölkəyə satmayacağıq və hasilatı azaldacağıq. Digər dövlətlər də eyni cür hərəkət edərsə, təəccüblənmərəm", - deyə Əl Səud bildirib. Onun sözlərinə görə, qanun layihəsinin qəbulu neft bazarında tələb və təklif balansının pozulmasına gətirib çıxaracaq. Bundan əlavə, nazir neftin qiymətinin məhdudlaşdırılması siyasətini tənqid edib, çünki bu, bazarlarda volatilliyə səbəb olur və sənayenin inkişafını ləngidir. "Mən avqust və sentyabr aylarında rəsmi şəkildə bəyan etdiyim mövqeyimi təkrarlamaq məcburiyyətindəyəm. Yenə deyirəm - fikrimcə, belə bir siyasət (neftin qiymətinin məhdudlaşdırılması. - Red.) qaçılmaz olaraq bazarda qeyri-sabitliyi və volatilliyi daha da gücləndirəcək, neft sənayesinə mənfi təsir edəcək," – deyə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyinin rəhbəri bildirib. O qeyd edib ki, OPEC+ qlobal enerji bazarının sabitliyinin təmin edilməsində bütün səylərini əsirgəməyib və uğur qazanıb. Daha öncə baş verənlər barədə Martın 6-da Səudiyyə Ərəbistanı ekspertlərin proqnozlarının əksinə olaraq Asiya, Avropa və ABŞ üçün mart ayı neftinin qiymətini qaldırıb. "Arab Light" neftinin qiyməti avropalı alıcılar üçün 2 dollar, ABŞ üçün 30 sent, Asiya ölkələri üçün 20 sent artıb. Bundan əvvəl, fevralın 4-də Səudiyyə Ərəbistanı Krallığının (SƏK)energetika naziri Əbdül Əziz bin Salman Əl Səud bildirib ki, qlobal enerji bazarına tətbiq edilən sanksiya siyasəti enerji təchizatında məhdudiyyətə səbəb ola bilər. 2022-ci il oktyabrın 5-də OPEC+ üzvləri neft hasilatını noyabr ayından başlayaraq sutkada 2 milyon barel azaltmaq barədə razılaşmanın müddətini 2023-cü ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər. Enerji böhranına və digər regionlarda enerji qiymətlərinin artmasına baxmayaraq, bu addımı alyansın bütün üzvləri, o cümlədən Rusiya dəstəkləyib. Qərar neft hasilatının artırılmasını tələb edən ABŞ administrasiyasının narazılığına səbəb olub. ABŞ senatoru Kris Merfi bildirib ki, səudiyyəlilər Rusiya və OPEC+-ın tərəfinə keçdikdən sonra Prezident Co Bayden "Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmalıdır". Oktyabrın 12-də Bayden neft hasilatını azaltmaq qərarından sonra Səudiyyə Ərəbistanına qarşı tədbirlər gördüyünü bəyan edib, səbəb olaraq isə Səudiyyə Ərəbistanının enerji siyasətini Rusiya ilə uyğunlaşdırdığını göstərir. Oktyabrın 17-də "Financial Times" qəzetinin jurnalisti Endryu Enqland qeyd edib ki, əgər ABŞ prezidenti silah satışını qadağan etmək və təhlükəsizlik sahəsində əməkdaşlığı yenidən nəzərdən keçirmək də daxil olmaqla, öz hədələrini həyata keçirmək qərarına gəlsə, Vaşinqton Yaxın Şərqdə dəyərli müttəfiqini itirə bilər. Dekabrın 5-də Qərbin neft sanksiyaları qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ölkələri, Avstraliya və Aİ isə dəniz daşımalarında onun üçün qiymət limitini 60 dollar/barel tətbiq etdi - nəql etmək üçün daha baha olan neft və sığorta qadağandır. Moskva cavab olaraq fevralın 1-dən müqavilələrdə birbaşa və ya dolayısı ilə də olsa qiymət həddinin tənzimləmə mexanizminin tətbiqi nəzərdə tutularsa, xaricilərə neft tədarükünü qadağan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243306_171:0:2902:2048_1920x0_80_0_0_dd40fbc8eecbba17168a524674cf8ddb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
neft, səudiyyə ərəbistanı, səudiyyə ərəbistanı kralı
neft, səudiyyə ərəbistanı, səudiyyə ərəbistanı kralı
Səudiyyə Ərəbistanı neftin qiymətinə tavan tətbiq edənlərə onu satmayacaq
Krallığın energetika naziri ABŞ hökumətinin OPEC üzvləri və onların tərəfdaşlarına qarşı antiinhisar iddiaları qaldıra biləcəyini nəzərdə tutan antikartel qanun layihəsini şərh edib.
BAKI, 15 mart — Sputnik. Energetika naziri Əbdül Əziz bin Salman Əl Səud "Energy Intelligence" nəşrinə müsahibəsində bildirib ki, Səudiyyə Ərəbistanı bu ölkədən tədarükün qiymətinə tavan tətbiq edən dövlətlərə neft satmayacaq.
Bu barədə "İzvestiya" məlumat yayıb.
Beləlklə də, nazir ABŞ hökumətinin OPEC üzvlərinə və onların tərəfdaşlarına qarşı antiinhisar iddiaları qaldıra biləcəyini nəzərdə tutan NOPEC (No Oil Producing and Exporting Cartels Act) antikartel qanun layihəsini şərh edib.
"Əgər Səudiyyə neftinin ixracı məhdudiyyətlərə məruz qalarsa, biz onu tədarükümüzə qiymət tavanı tətbiq edən heç bir ölkəyə satmayacağıq və hasilatı azaldacağıq. Digər dövlətlər də eyni cür hərəkət edərsə, təəccüblənmərəm", - deyə Əl Səud bildirib.
Onun sözlərinə görə, qanun layihəsinin qəbulu neft bazarında tələb və təklif balansının pozulmasına gətirib çıxaracaq. Bundan əlavə, nazir neftin qiymətinin məhdudlaşdırılması siyasətini tənqid edib, çünki bu, bazarlarda volatilliyə səbəb olur və sənayenin inkişafını ləngidir.
"Mən avqust və sentyabr aylarında rəsmi şəkildə bəyan etdiyim mövqeyimi təkrarlamaq məcburiyyətindəyəm. Yenə deyirəm - fikrimcə, belə bir siyasət (neftin qiymətinin məhdudlaşdırılması. - Red.) qaçılmaz olaraq bazarda qeyri-sabitliyi və volatilliyi daha da gücləndirəcək, neft sənayesinə mənfi təsir edəcək," – deyə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyinin rəhbəri bildirib.
O qeyd edib ki, OPEC+ qlobal enerji bazarının sabitliyinin təmin edilməsində bütün səylərini əsirgəməyib və uğur qazanıb.
Daha öncə baş verənlər barədə
Martın 6-da Səudiyyə Ərəbistanı ekspertlərin proqnozlarının əksinə olaraq Asiya, Avropa və ABŞ üçün mart ayı neftinin qiymətini qaldırıb. "Arab Light" neftinin qiyməti avropalı alıcılar üçün 2 dollar, ABŞ üçün 30 sent, Asiya ölkələri üçün 20 sent artıb.
Bundan əvvəl, fevralın 4-də Səudiyyə Ərəbistanı Krallığının (SƏK)energetika naziri Əbdül Əziz bin Salman Əl Səud bildirib ki, qlobal enerji bazarına tətbiq edilən sanksiya siyasəti enerji təchizatında məhdudiyyətə səbəb ola bilər.
2022-ci il oktyabrın 5-də OPEC+ üzvləri neft hasilatını noyabr ayından başlayaraq sutkada 2 milyon barel azaltmaq barədə razılaşmanın müddətini 2023-cü ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər. Enerji böhranına və digər regionlarda enerji qiymətlərinin artmasına baxmayaraq, bu addımı alyansın bütün üzvləri, o cümlədən Rusiya dəstəkləyib.
Qərar neft hasilatının artırılmasını tələb edən ABŞ administrasiyasının narazılığına səbəb olub. ABŞ senatoru Kris Merfi bildirib ki, səudiyyəlilər Rusiya və OPEC+-ın tərəfinə keçdikdən sonra Prezident Co Bayden "Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmalıdır".
Oktyabrın 12-də Bayden neft hasilatını azaltmaq qərarından sonra Səudiyyə Ərəbistanına qarşı tədbirlər gördüyünü bəyan edib, səbəb olaraq isə Səudiyyə Ərəbistanının enerji siyasətini Rusiya ilə uyğunlaşdırdığını göstərir.
Oktyabrın 17-də "Financial Times" qəzetinin jurnalisti Endryu Enqland qeyd edib ki, əgər ABŞ prezidenti silah satışını qadağan etmək və təhlükəsizlik sahəsində əməkdaşlığı yenidən nəzərdən keçirmək də daxil olmaqla, öz hədələrini həyata keçirmək qərarına gəlsə, Vaşinqton Yaxın Şərqdə dəyərli müttəfiqini itirə bilər.
Dekabrın 5-də Qərbin neft sanksiyaları qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, G7 ölkələri, Avstraliya və Aİ isə dəniz daşımalarında onun üçün qiymət limitini 60 dollar/barel tətbiq etdi - nəql etmək üçün daha baha olan neft və sığorta qadağandır. Moskva cavab olaraq fevralın 1-dən müqavilələrdə birbaşa və ya dolayısı ilə də olsa qiymət həddinin tənzimləmə mexanizminin tətbiqi nəzərdə tutularsa, xaricilərə neft tədarükünü qadağan edib.