https://sputnik.az/20230315/sabah-20-aile-isgaldan-azad-edilmis-talis-kendine-kocurulecek-452739381.html
Sabah 20 ailə işğaldan azad edilmiş Talış kəndinə köçürüləcək
Sabah 20 ailə işğaldan azad edilmiş Talış kəndinə köçürüləcək
Sputnik Azərbaycan
Talış kəndinə köçürülən 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma... 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T17:45+0400
2023-03-15T17:45+0400
2023-03-15T17:45+0400
talış
cəmiyyət
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425167511_0:0:3641:2048_1920x0_80_0_0_bacc6d374172e053d849fa3c914dccb9.jpg
BAKI, 15 mart — Sputnik. Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə köçürüləcək ailələrlə görüş keçirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüşdə çıxış edərək deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. Dövlətimizin başçısının tapşırıqları əsasında, işğaldan azad edildikdən sonra Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb. Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onların qanı bahasına geri alınmış doğma yurda qayıdışın böyük qürur hissi doğurduğunu bildiriblər. Talış kəndində yeni həyata başlayacaq keçmiş məcburi köçkünlər burada yaradılan şəraitə, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər. Görüşdə Talış kəndinə köçürüləcək məcburi köçkünlərin məşğulluğu məsələsi də diqqət mərkəzində olub. Xüsusi nümayəndəliyin təşəbbüsü ilə işəgötürənlərlə işəgötürülənlər arasında məşğulluğun təmin edilməsi üzrə müvafiq sənədlər imzalanıb. Tədbirdə, həmçinin Dövlət Məşğulluq Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Təhsil Nazirliyinin regional idarəsinin, TƏBİB-in və digər qurumların nümayəndələri, sahibkarlar iştirak ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü ararılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub. Talış kəndinə köçürülən 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Onlar yeni evlərinə Novruz bayramı ərəfəsində, martın 16-da köçürüləcəklər. Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və "keçilməz" adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini işğaldan azad etdi. Bu xoş müjdəni tviter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı Madagiz qəsəbəsinin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan qəsəbəsi və Talış kəndi Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425167511_454:0:3185:2048_1920x0_80_0_0_d2fe0c65f053400088a11542422e79e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
talış, ermənistan
Sabah 20 ailə işğaldan azad edilmiş Talış kəndinə köçürüləcək
Talış kəndinə köçürülən 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
BAKI, 15 mart — Sputnik. Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə köçürüləcək ailələrlə görüş keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüşdə çıxış edərək deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də bu strateji ərazini düşməndən təmizləyib. Dövlətimizin başçısının tapşırıqları əsasında, işğaldan azad edildikdən sonra Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, onların qanı bahasına geri alınmış doğma yurda qayıdışın böyük qürur hissi doğurduğunu bildiriblər. Talış kəndində yeni həyata başlayacaq keçmiş məcburi köçkünlər burada yaradılan şəraitə, onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər.
Görüşdə Talış kəndinə köçürüləcək məcburi köçkünlərin məşğulluğu məsələsi də diqqət mərkəzində olub. Xüsusi nümayəndəliyin təşəbbüsü ilə işəgötürənlərlə işəgötürülənlər arasında məşğulluğun təmin edilməsi üzrə müvafiq sənədlər imzalanıb.
Tədbirdə, həmçinin Dövlət Məşğulluq Agentliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Təhsil Nazirliyinin regional idarəsinin, TƏBİB-in və digər qurumların nümayəndələri, sahibkarlar iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti Talış kəndində məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq və ədalətlilik prinsipləri əsasında ev bölgüsü ararılması məqsədilə püşkatma keçirilib. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.
Talış kəndinə köçürülən 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Onlar yeni evlərinə Novruz bayramı ərəfəsində, martın 16-da köçürüləcəklər.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və "keçilməz" adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini işğaldan azad etdi. Bu xoş müjdəni tviter hesabından xalqımıza çatdıran dövlətimizin başçısı Madagiz qəsəbəsinin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan qəsəbəsi və Talış kəndi Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu.