https://sputnik.az/20230315/putin-esed-gorusunde-turkiye-ile-munasibetler-muzakire-olunacaq-452739935.html
Putin-Əsəd görüşündə Türkiyə ilə münasibətlər müzakirə olunacaq
Putin-Əsəd görüşündə Türkiyə ilə münasibətlər müzakirə olunacaq
Sputnik Azərbaycan
Peskovun sözlərinə görə, Rusiya Federasiyası və Suriya liderləri ikitərəfli münasibətləri və Suriyada nizamlanma prosesinin aspektlərini müzakirə edəcəklər. 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T17:10+0400
2023-03-15T17:10+0400
2023-03-15T17:10+0400
putin
rusiya
əsəd
bəşər əsəd
suriya prezidenti bəşər əsəd
ərdoğan
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0e/427915174_0:0:3073:1728_1920x0_80_0_0_26041451535ab35d551114a5a842ee87.jpg
BAKI, 15 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsəd Moskvada keçiriləcək danışıqlarda Dəməşq və Ankara münasibətləri məsələsinə toxunacaqlar. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. "Əlbəttə, bu və ya digər şəkildə Suriya-Türkiyə münasibətləri mövzusuna mütləq toxunulacaq", - Kreml sözçüsü bildirib. O, Rusiya-Suriya danışıqlarının Suriya Prezidenti Əsədlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş ehtimalına necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb. Peskovun sözlərinə görə, Rusiya Federasiyası və Suriya liderləri ikitərəfli münasibətləri və Suriyada nizamlanma prosesinin aspektlərini müzakirə edəcəklər. "Burada, ilk növbədə, ikitərəfli Rusiya-Suriya münasibətləri, Suriya Ərəb Respublikasının müharibədən sonrakı bərpası zamanı qarşılıqlı fəaliyyət daxil olmaqla, suverenliyin mütləq prioriteti vurğulanmaqla Suriya nizamlanmasının bu cür davam etdirilməsi ön plandadır", - Peskov deyib. Əsəd martın 14-də Moskvaya gəlib. Vnukovo hava limanında onu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri və Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov qarşılayıblar. Putin və Əsəd sonuncu dəfə 2021-ci ilin sentyabrında Suriya prezidentinin Moskvaya səfəri zamanı görüşüblər.
https://sputnik.az/20240803/suriya-danisiqlari-receb-tayyib-erdogan-ve-beser-esed-arasinda-gorus-ne-yerde-qaldi-452678904.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0e/427915174_85:0:2816:2048_1920x0_80_0_0_eef0316630595dab0fbbc00cc4f6e9a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
putin, əsəd, bəşər əsəd, suriya prezidenti bəşər əsəd, ərdoğan, rəcəb tayyip ərdoğan
putin, əsəd, bəşər əsəd, suriya prezidenti bəşər əsəd, ərdoğan, rəcəb tayyip ərdoğan
Putin-Əsəd görüşündə Türkiyə ilə münasibətlər müzakirə olunacaq
Peskovun sözlərinə görə, Rusiya Federasiyası və Suriya liderləri ikitərəfli münasibətləri və Suriyada nizamlanma prosesinin aspektlərini müzakirə edəcəklər.
BAKI, 15 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsəd Moskvada keçiriləcək danışıqlarda Dəməşq və Ankara münasibətləri məsələsinə toxunacaqlar.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Əlbəttə, bu və ya digər şəkildə Suriya-Türkiyə münasibətləri mövzusuna mütləq toxunulacaq", - Kreml sözçüsü bildirib.
O, Rusiya-Suriya danışıqlarının Suriya Prezidenti Əsədlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş ehtimalına necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb.
Peskovun sözlərinə görə, Rusiya Federasiyası və Suriya liderləri ikitərəfli münasibətləri və Suriyada nizamlanma prosesinin aspektlərini müzakirə edəcəklər.
"Burada, ilk növbədə, ikitərəfli Rusiya-Suriya münasibətləri, Suriya Ərəb Respublikasının müharibədən sonrakı bərpası zamanı qarşılıqlı fəaliyyət daxil olmaqla, suverenliyin mütləq prioriteti vurğulanmaqla Suriya nizamlanmasının bu cür davam etdirilməsi ön plandadır", - Peskov deyib.
Əsəd martın 14-də Moskvaya gəlib. Vnukovo hava limanında onu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri və Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov qarşılayıblar. Putin və Əsəd sonuncu dəfə 2021-ci ilin sentyabrında Suriya prezidentinin Moskvaya səfəri zamanı görüşüblər.