https://sputnik.az/20230315/nuve-silahsizlasmasi-uzre-dunya-ekspertlerinin-konfransi-kecirilecek---yaponiya-xn-452701875.html
Nüvə silahsızlaşması üzrə dünya ekspertlərinin konfransı keçiriləcək - Yaponiya XİN
Nüvə silahsızlaşması üzrə dünya ekspertlərinin konfransı keçiriləcək - Yaponiya XİN
Sputnik Azərbaycan
Konfransda Rusiyadan Energetika və Təhlükəsizlik Mərkəzinin direktoru Anton Xlopkovun iştirakı gözlənilir. 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T08:01+0400
2023-03-15T08:01+0400
2023-03-15T08:01+0400
nüvə
dünya xəbərləri
yaponiya
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0e/452701719_0:0:3071:1728_1920x0_80_0_0_a0b7aa8dfd326bdd14483fc211e07deb.jpg
BAKI, 14 mart — Sputnik. Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi mətbuat konfransında bildirib ki, Nüvə silahsızlaşması üzrə Beynəlxalq Qrupun (IGEP) ikinci görüşü aprelin 4-5-də Tokioda keçiriləcək. "Aprelin 4-5-də Tokioda keçiriləcək konfransa professor Takasi Siraisinin sədrlik edəcəyi gözlənilir. Konfransda altı xarici ekspert şəxsən iştirak edəcək, üstəlik, həm nüvə dövlətlərini, həm də qeyri-nüvə dövlətlərini təmsil edən daha beşi isə onlayn qoşulacaq," - deyə o qeyd edib. Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiyadan Energetika və Təhlükəsizlik Mərkəzinin direktoru Anton Xlopkovun iştirakı gözlənilir. İlk konfrans dekabrın 10-11-də Yaponiyanın Xirosima şəhərində keçirilib. Konfransda Rusiya Federasiyasından Anton Xlopkov da iştirak edib. O, nüvə silahından istifadə ilə bağlı iddia edilən təhdidlərlə bağlı Rusiyaya qarşı irəli sürülən ittihamların doğru olmadığına diqqət çəkib. Nüvə Silahından Azad Dünya üçün Beynəlxalq Qrupun (IGEP) 15 üzvü var, onlardan üçü Yaponiyadan, qalanları isə ABŞ, Böyük Britaniya, Rusiya, Hindistan, Fransa, Çin və digərləri də daxil olmaqla xarici ölkləri təmsil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0e/452701719_187:0:2918:2048_1920x0_80_0_0_88474a927738acb0033d2a7f8d258a40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nüvə, yaponiya
Nüvə silahsızlaşması üzrə dünya ekspertlərinin konfransı keçiriləcək - Yaponiya XİN
Konfransda Rusiyadan Energetika və Təhlükəsizlik Mərkəzinin direktoru Anton Xlopkovun iştirakı gözlənilir.
BAKI, 14 mart — Sputnik. Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi mətbuat konfransında bildirib ki, Nüvə silahsızlaşması üzrə Beynəlxalq Qrupun (IGEP) ikinci görüşü aprelin 4-5-də Tokioda keçiriləcək.
"Aprelin 4-5-də Tokioda keçiriləcək konfransa professor Takasi Siraisinin sədrlik edəcəyi gözlənilir. Konfransda altı xarici ekspert şəxsən iştirak edəcək, üstəlik, həm nüvə dövlətlərini, həm də qeyri-nüvə dövlətlərini təmsil edən daha beşi isə onlayn qoşulacaq," - deyə o qeyd edib.
Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiyadan Energetika və Təhlükəsizlik Mərkəzinin direktoru Anton Xlopkovun iştirakı gözlənilir.
İlk konfrans dekabrın 10-11-də Yaponiyanın Xirosima şəhərində keçirilib. Konfransda Rusiya Federasiyasından Anton Xlopkov da iştirak edib. O, nüvə silahından istifadə ilə bağlı iddia edilən təhdidlərlə bağlı Rusiyaya qarşı irəli sürülən ittihamların doğru olmadığına diqqət çəkib.
Nüvə Silahından Azad Dünya üçün Beynəlxalq Qrupun (IGEP) 15 üzvü var, onlardan üçü Yaponiyadan, qalanları isə ABŞ, Böyük Britaniya, Rusiya, Hindistan, Fransa, Çin və digərləri də daxil olmaqla xarici ölkləri təmsil edir.