https://sputnik.az/20230315/neft-iki-gunluk-ucuzlasmadan-sonra-bahalasmaga-baslayib-452718569.html
Neft iki günlük ucuzlaşmadan sonra bahalaşmağa başlayıb
Neft iki günlük ucuzlaşmadan sonra bahalaşmağa başlayıb
Sputnik Azərbaycan
OPEC-in hesabatına görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik 2 milyon 320 barel artaraq 101 milyon 900 min barelə çatacağı gözlənilir. 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T11:02+0400
2023-03-15T11:02+0400
2023-03-15T11:02+0400
neft
neft-qaz
azeri light markalı neft
"azeri light"
"azerilight" markalı neft
opec
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243350_0:256:2730:1792_1920x0_80_0_0_87d149699c0d1e874f324eaca2bae5c3.jpg
BAKI, 15 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,76 dollar artaraq 78,21 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 72,08 dollar təşkil edib. Azərbaycan neftinin 1 barelinin qiyməti 2,19 dollar yaxud 2,62% azalaraq 81,41 dollar təşkil edib. Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu il üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu dəyişməz saxlaması nefti bahalaşdırıb. OPEC-in aylıq neft bazarı hesabatına görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik 2 milyon 320 barel artaraq 101 milyon 900 min barelə çatacağı gözlənilir. Bununla belə, OPEC qeyd edir ki, tələbin artması ilə bağlı proqnoz bir çox qeyri-müəyyənliklərdən, o cümlədən qlobal iqtisadi fəallıqdan və davam edən geosiyasi proseslərdən asılıdır. Hesabata görə, fevral ayında qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 600 min barel artaraq təxminən 101 milyon 900 min barelə yüksələrək, ötən ilin səviyyəsindən 2 milyon 800 min barel çox olub. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450243350_0:0:2730:2048_1920x0_80_0_0_59a0061a11119e81645a3d07666159df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, azeri light markalı neft, "azeri light", "azerilight" markalı neft, opec
neft, azeri light markalı neft, "azeri light", "azerilight" markalı neft, opec
Neft iki günlük ucuzlaşmadan sonra bahalaşmağa başlayıb
OPEC-in hesabatına görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik 2 milyon 320 barel artaraq 101 milyon 900 min barelə çatacağı gözlənilir.
BAKI, 15 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,76 dollar artaraq 78,21 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 72,08 dollar təşkil edib.
Azərbaycan neftinin 1 barelinin qiyməti 2,19 dollar yaxud 2,62% azalaraq 81,41 dollar təşkil edib.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu il üçün qlobal neft tələbatının artması ilə bağlı proqnozunu dəyişməz saxlaması nefti bahalaşdırıb.
OPEC-in aylıq neft bazarı hesabatına görə, bu il qlobal neft tələbinin ötən illə müqayisədə gündəlik 2 milyon 320 barel artaraq 101 milyon 900 min barelə çatacağı gözlənilir.
Bununla belə, OPEC qeyd edir ki, tələbin artması ilə bağlı proqnoz bir çox qeyri-müəyyənliklərdən, o cümlədən qlobal iqtisadi fəallıqdan və davam edən geosiyasi proseslərdən asılıdır.
Hesabata görə, fevral ayında qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 600 min barel artaraq təxminən 101 milyon 900 min barelə yüksələrək, ötən ilin səviyyəsindən 2 milyon 800 min barel çox olub.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.