Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək

© Sputnik / StringerNaxçıvan şəhəri
Naxçıvan şəhəri - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Muxtar respublikanın rayonlarından Novruz şəhərciyinə hər saat pulsuz nəqliyyat xidməti də fəaliyyət göstərəcək.
BAKI, 15 mart - Sputnik. Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək.
“Report” xəbər verir ki, Novruz şəhərciyi martın 19-dan martın 26-da daxil olmaqla "Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksində saat 10:00-dan 22:00-a qədər keçiriləcək.
Bayram günlərində şəhərcikdə konsert proqramı, bol alış-verişli Novruz bazarı və əyləncəli oyunlar baş tutacaq. Seyrəngahda bununla bağlı hazırlıq işləri görülür.
Qeyd edək ki, muxtar respublikanın rayonlarından Novruz şəhərciyinə hər saat pulsuz nəqliyyat xidməti də fəaliyyət göstərəcək.
Xəbər lenti
0