https://sputnik.az/20230315/kalin-avropanin-iki-seciminin-oldugunu-aciqladi-bizsiz-isleye-bilmezler-452718722.html
Kalın Avropanın iki seçiminin olduğunu açıqladı: bizsiz işləyə bilməzlər
Kalın Avropanın iki seçiminin olduğunu açıqladı: bizsiz işləyə bilməzlər
Sputnik Azərbaycan
Türkiyə prezidentinin mətbuat katibi bildirib ki, Avropa artıq Rusiya neftini və təbii qazını almamaq qərarına gəldikdən sonra bunu kompensasiya etmək üçün... 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T12:10+0400
2023-03-15T12:10+0400
2023-03-15T12:03+0400
ibrahim kalın
dünya xəbərləri
avropa
türkiyə
yunanıstan
https://cdnn1.img.sputnik.az/img/42208/76/422087659_0:320:3071:2048_1920x0_80_0_0_165c7e4d2961be4a0a82829ca016062f.jpg
BAKI, 15 mart — Sputnik. Türkiyə Avropa üçün Rusiya qazına alternativ olaraq Azərbaycan qazının ölkəyə daxil olması üçün öz şəbəkələrinin daşıma tutumunu artıra bilər. Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib. Kalın bundan əvvəl Avropanın Rusiya qazından "asılılıq" məsələsinin yaxın 10 ildə aktual olacağını bəyan etmişdi. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsini qısamüddətli perspektivdə alternativ hesab etmək olar. O, həmçinin qeyd edib ki, Türkiyə ərazisindən müxtəlif mənbələrin dəhlizə qoşulması mümkündür. "Avropa artıq Rusiya neftini və təbii qazını almamaq qərarına gəldikdən sonra bunu kompensasiya etmək üçün onun qarşısında iki mümkün alternativ var. Birincisi, Azərbaycandan Türkiyəyə qaz gəlir. Biz ötürmə gücünü artıra bilərik. Amma bu, yetərli deyil", - deyə o bildirib. "İkinci alternativimiz Şərqi Aralıq dənizinin enerji ehtiyatlarıdır. Burada siyasi səbəblərdən Türkiyədən yan keçərək Kipr üzərindən Yunanıstana qaz nəqli nəzərdə tutulurdu. Lakin bu, çox baha olacağı üçün bundan imtina edildi. Üçüncü alternativ yoxdur. Türkiyə qalan hər iki alternativdə var, bu proseslərin heç biri bizsiz işləyə bilməz". Öz növbəsində, bundan əvvəl Aİ və Azərbaycan Cənub Qaz Dəhlizinin imkanlarının ikiqat artırılmasını özündə ehtiva edən anlaşma memorandumu imzalayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42208/76/422087659_340:0:3071:2048_1920x0_80_0_0_9dfe3d75e67eb286859e0b2f588393e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ibrahim kalın, avropa, türkiyə, yunanıstan
ibrahim kalın, avropa, türkiyə, yunanıstan
Kalın Avropanın iki seçiminin olduğunu açıqladı: bizsiz işləyə bilməzlər
Türkiyə prezidentinin mətbuat katibi bildirib ki, Avropa artıq Rusiya neftini və təbii qazını almamaq qərarına gəldikdən sonra bunu kompensasiya etmək üçün onun qarşısında iki mümkün alternativ var.
BAKI, 15 mart — Sputnik. Türkiyə Avropa üçün Rusiya qazına alternativ olaraq Azərbaycan qazının ölkəyə daxil olması üçün öz şəbəkələrinin daşıma tutumunu artıra bilər.
Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Kalın bundan əvvəl Avropanın Rusiya qazından "asılılıq" məsələsinin yaxın 10 ildə aktual olacağını bəyan etmişdi. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsini qısamüddətli perspektivdə alternativ hesab etmək olar. O, həmçinin qeyd edib ki, Türkiyə ərazisindən müxtəlif mənbələrin dəhlizə qoşulması mümkündür.
"Avropa artıq Rusiya neftini və təbii qazını almamaq qərarına gəldikdən sonra bunu kompensasiya etmək üçün onun qarşısında iki mümkün alternativ var. Birincisi, Azərbaycandan Türkiyəyə qaz gəlir. Biz ötürmə gücünü artıra bilərik. Amma bu, yetərli deyil", - deyə o bildirib.
"İkinci alternativimiz Şərqi Aralıq dənizinin enerji ehtiyatlarıdır. Burada siyasi səbəblərdən Türkiyədən yan keçərək Kipr üzərindən Yunanıstana qaz nəqli nəzərdə tutulurdu. Lakin bu, çox baha olacağı üçün bundan imtina edildi. Üçüncü alternativ yoxdur. Türkiyə qalan hər iki alternativdə var, bu proseslərin heç biri bizsiz işləyə bilməz".
Öz növbəsində, bundan əvvəl Aİ və Azərbaycan Cənub Qaz Dəhlizinin imkanlarının ikiqat artırılmasını özündə ehtiva edən anlaşma memorandumu imzalayıb.