CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrük sənədləşməsinin asanlaşdırılması üçün portal hazırlanır

© The State Customs Committee of ARGömrük
Gömrük  - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, bu portal istifadəyə veriləndən sonra yükdaşıyıcı və tranzit yükdaşımalarla məşğul olan şirkətlərin işi xeyli asanlaşacaq.
BAKI, 15 mart — Sputnik. "Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin əsas məqsədi rəqəmsal həlləri tətbiq etməklə tranzit daşımaları artırmaqdan və sənədləşmə prosedurlarını asanlaşdırmaqdan ibarətdir".
Bu fikri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə deyib.
O bildirib ki, gömrük sənədləşməsinin asanlaşdırılması üçün Komitədə portal hazırlanır. Bu portal istifadəyə veriləndən sonra yükdaşıyıcı və tranzit yükdaşımalarla məşğul olan şirkətlərin işi xeyli asanlaşacaq. Həmin şirkətlərin portaldan istifadə edərək, Azərbaycan üzərindən tranzit olaraq daşıyacaqları yüklər haqqında məlumat verəcəklər.
İstifadəçilər yüklərin həcmi, çəkisi və başqa göstəriciləri barədə məlumatları portala daxil edəcəklər. Gömrük Komitəsi həmin məlumatları portal vasitəsi ilə əldə edib sənədləşmə proseduruna başlayacaq və tez başa çatdıracaq. Bu portalın üstünlüyü ondan ibarətdir ki, hər hansı bir şirkətin Azərbaycan üzərindən tranzit daşınan yükü ölkəmizə daxil olmadan onun barəsində məlumatımız olacaq və tranzit sənədləşməsi həm sadələşəcək, həm də vaxt itkisinə yol verilməyəcək.
"Azərbaycanın gömrük orqanları yüklərin gömrük nəzarətindən keçməsi prosedurlarını sadələşdirmək istiqamətində uğurlu addımlar atıb. Rəqəmsal tətbiqlər vasitəsi ilə yubanmaların qarşısı alınıb", - deyə komitə sədri qeyd edib.
Xəbər lenti
0