https://sputnik.az/20230315/e-tabib-ile-tecili-tibbi-yardim-masinini-mekana-cagirmaq-mumkun-olacaq-452724188.html
"e-Tabib" ilə təcili tibbi yardım maşınını məkana çağırmaq mümkün olacaq
"e-Tabib" ilə təcili tibbi yardım maşınını məkana çağırmaq mümkün olacaq
Sputnik Azərbaycan
TƏBİB rəsmisi bildirib ki, vətəndaşlar tibb müəssisələrində, xüsusilə TƏBİB-in tabeliyindəki müsəssisələrdə laborator analiz verdikdən sonra nəticəni tətbiqlə... 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T13:30+0400
2023-03-15T13:30+0400
2023-03-15T13:30+0400
tibbi yardım
səhiyyə
təbib
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449451710_0:66:1340:820_1920x0_80_0_0_490f19d3222d6ade1086df67ff378926.jpg
BAKI, 15 mart — Sputnik. "e-Tabib" mobil tətbiqi yenilənib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar idarəsinin şöbə müdiri Nicat Kərimov məlumat verib. O qeyd edib ki, tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diaqnozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər: "Artıq vətəndaşlar tibb müəssisələrinə müraciətləri tətbiq vasitəsi qiynətləndirə biləcəklər. Bunun çox müsbət nəticələri var. İTS və TƏBİB tərəfindən həmin tibb müəssisələrinin və tibb işçilərinin fəaliyyəti qiymətləndiriləcək. Məqsədimiz elektron tibbi xidmətləri vətəndaşlara daha əlçatan etməkdir. Tibbi xidmətin təşkilində, keyfiyyətin artırılmasında rəylərimizi bildirməkdir". O qeyd edib ki, tətbiqin ən vacib funksionallığından biri laborator analiz nəticələrinin əldə edilməsidir: "Vətəndaşlar tibb müəssisələrində, xüsusilə TƏBİB-in tabeliyindəki müsəssisələrdə laborator analiz verdikdən sonra nəticəni tətbiqlə izləyə biləcəklər. Bununla yanaşı tibbi sənədlərlə bağlı da funksionallıqlar əlavə olunub. Tətbiqdə həmçinin agentliyə müraciət bölməsi var ki, vətəndaşlar oradan da müraciət edə bilərlər". İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar İdarəsinin rəisi Ramil Mehdiyev isə deyib ki, tətbiq təkmilləşdirilərək icbari sığorta ilə bağlı imkanlar da əlavə edilib: "Üç il bundan əvvəl istifadəyə verilmiş tətbiqdən vətəndaşlar istifadə etməyə başlayıblar. Hələ o dövrdə istər məcburiyyətdən, istərsə də sadəcə gərəkli olması səbəbilə tətbiqin 1 milyondan artıq yüklənməsi var idi. Buna görə tətbiqi təkmilləşdirərək vətəndaşlara təqdim etməyə qərar verdik. Təkmilləşdirmə işlərindən sonra da tətbiqdən istifadə sayı artmaqdadır". Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov əlavə edib ki, "e-Tabib" tətbiqi ilə təcili tibbi yardım maşınının məkana çağırılması nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/09/449451710_80:0:1261:886_1920x0_80_0_0_dd06084d0740755a3f3db083987b8843.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tibbi yardım, təbib
"e-Tabib" ilə təcili tibbi yardım maşınını məkana çağırmaq mümkün olacaq
TƏBİB rəsmisi bildirib ki, vətəndaşlar tibb müəssisələrində, xüsusilə TƏBİB-in tabeliyindəki müsəssisələrdə laborator analiz verdikdən sonra nəticəni tətbiqlə izləyə biləcəklər.
BAKI, 15 mart — Sputnik. "e-Tabib" mobil tətbiqi yenilənib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar idarəsinin şöbə müdiri Nicat Kərimov məlumat verib. O qeyd edib ki, tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diaqnozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər:
"Artıq vətəndaşlar tibb müəssisələrinə müraciətləri tətbiq vasitəsi qiynətləndirə biləcəklər. Bunun çox müsbət nəticələri var. İTS və TƏBİB tərəfindən həmin tibb müəssisələrinin və tibb işçilərinin fəaliyyəti qiymətləndiriləcək. Məqsədimiz elektron tibbi xidmətləri vətəndaşlara daha əlçatan etməkdir. Tibbi xidmətin təşkilində, keyfiyyətin artırılmasında rəylərimizi bildirməkdir".
O qeyd edib ki, tətbiqin ən vacib funksionallığından biri laborator analiz nəticələrinin əldə edilməsidir:
"Vətəndaşlar tibb müəssisələrində, xüsusilə TƏBİB-in tabeliyindəki müsəssisələrdə laborator analiz verdikdən sonra nəticəni tətbiqlə izləyə biləcəklər. Bununla yanaşı tibbi sənədlərlə bağlı da funksionallıqlar əlavə olunub. Tətbiqdə həmçinin agentliyə müraciət bölməsi var ki, vətəndaşlar oradan da müraciət edə bilərlər".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İT və İnnovasiyalar İdarəsinin rəisi Ramil Mehdiyev isə deyib ki, tətbiq təkmilləşdirilərək icbari sığorta ilə bağlı imkanlar da əlavə edilib:
"Üç il bundan əvvəl istifadəyə verilmiş tətbiqdən vətəndaşlar istifadə etməyə başlayıblar. Hələ o dövrdə istər məcburiyyətdən, istərsə də sadəcə gərəkli olması səbəbilə tətbiqin 1 milyondan artıq yüklənməsi var idi. Buna görə tətbiqi təkmilləşdirərək vətəndaşlara təqdim etməyə qərar verdik. Təkmilləşdirmə işlərindən sonra da tətbiqdən istifadə sayı artmaqdadır".
Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov əlavə edib ki, "e-Tabib" tətbiqi ilə təcili tibbi yardım maşınının məkana çağırılması nəzərdə tutulub.