Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İçərişəhərdə “Bayram qalası” günləri keçiriləcək

© Sputnik / Murad OrujovBakıda qız qalasına mənzərə
Bakıda qız qalasına mənzərə
 - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək
BAKI, 15 mart - Sputnik. Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən, yerli sakinlərin və ziyarətçilərin asudə vaxtının bayram günlərində maraqlı və səmərəli keçməsi məqsədilə “Bayram qalası” günləri keçiriləcək.
"Report" xəbər verir ki, tədbirlərə ilk olaraq martın 19-da saat 13:00-da Qoşa Qala meydanında quraşdırılacaq səhnədə konsert proqramı ilə start veriləcək. “Bayram qalası” günləri martın 26-da saat 12:00-dan 22:00-dək davam edəcək.
Həmin günlər ərzində qurama, rəssamlıq, nano-art, keramika kimi sənətkarların əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə həmçinin milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.
Праздник весны Новруз в Баку - Sputnik Azərbaycan, 1920, 15.03.2023
TƏHSİL
Novruz bayramı ilə bağlı məktəblilərin tətil günləri açıqlanıb
Xəbər lenti
0