https://sputnik.az/20230315/atlantik-okeaninda-iki-neheng-aysberq-gemi-dasimalarini-dayandira-biler-452747376.html
Atlantik okeanında iki nəhəng aysberq gəmi daşımalarını dayandıra bilər
Atlantik okeanında iki nəhəng aysberq gəmi daşımalarını dayandıra bilər
Sputnik Azərbaycan
"A81a" adlanan nisbətən kiçik aysberq ərazi baxımından Londonla müqayisə edilə bilər. 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T23:11+0400
2023-03-15T23:11+0400
2023-03-15T23:11+0400
okean
elm
antarktida
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444339216_0:42:3492:2006_1920x0_80_0_0_4b42705be4003c26ab66b370d585e99f.jpg
BAKI, 15 mart — Sputnik. Britaniya alimlərinin fikrincə, Antarktidadakı Brant buz şelfindən qopmuş iki nəhəng aysberq yavaş-yavaş Atlantik okeanının naviqasiya olunan bölgələrinə yaxınlaşır. Bu nəhənglərin parçalanması və tamamilə əriməsi üçün onilliklər lazım olacaq. "The Seattle Times" bu barədə xəbər verir. Buz bloklarının ölçüsü həqiqətən təsiredicidir. "A81a" adlanan daha kiçik aysberq ərazi baxımından Londonla müqayisə edilə bilər, daha böyük olan "A76" isə, təxminən, iki dəfə böyükdür. "A76"nın ətrafında üzmək üçün "Diskaveri" elmi-tədqiqat gəmisinə bir sutka vaxt lazım olub. "Bəzi yerlərdə biz olduqca yaxınlaşdıq və həqiqətən də yaxşı bir baxış keçirdik. Biz gəminin altında olan xüsusi çirklənməmiş borulardan istifadə edərək sahilin hər tərəfindən su nümunələri aldıq, buna görə də öyrənmək üçün bir çox nümunələrimiz var ", - deyə gəmidə olan Şərqi İngiltərə Britaniya Universitetindən olan professor Heraynt Tarlinq jurnalistlərə bildirib. Hazırda cərəyanlar və külək yavaş-yavaş hər iki aysberqi şimala doğru aparır. Alimlərin fikrincə, buz bloklarından, tədricən, daha kiçik parçalar qopacaq ki, bu da keçən gəmilər üçün ciddi təhlükə yarada bilər. Bundan əvvəl Antarktida ətrafında buz örtüyünün sahəsinin rekord həddə qədər azaldığı da bildirilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444339216_381:0:3112:2048_1920x0_80_0_0_eb14f480181613a48d878c82b69359b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
okean, antarktida
Atlantik okeanında iki nəhəng aysberq gəmi daşımalarını dayandıra bilər
"A81a" adlanan nisbətən kiçik aysberq ərazi baxımından Londonla müqayisə edilə bilər.
BAKI, 15 mart — Sputnik. Britaniya alimlərinin fikrincə, Antarktidadakı Brant buz şelfindən qopmuş iki nəhəng aysberq yavaş-yavaş Atlantik okeanının naviqasiya olunan bölgələrinə yaxınlaşır. Bu nəhənglərin parçalanması və tamamilə əriməsi üçün onilliklər lazım olacaq.
"The Seattle Times" bu barədə xəbər verir.
Buz bloklarının ölçüsü həqiqətən təsiredicidir. "A81a" adlanan daha kiçik aysberq ərazi baxımından Londonla müqayisə edilə bilər, daha böyük olan "A76" isə, təxminən, iki dəfə böyükdür.
"A76"nın ətrafında üzmək üçün "Diskaveri" elmi-tədqiqat gəmisinə bir sutka vaxt lazım olub.
"Bəzi yerlərdə biz olduqca yaxınlaşdıq və həqiqətən də yaxşı bir baxış keçirdik. Biz gəminin altında olan xüsusi çirklənməmiş borulardan istifadə edərək sahilin hər tərəfindən su nümunələri aldıq, buna görə də öyrənmək üçün bir çox nümunələrimiz var ", - deyə gəmidə olan Şərqi İngiltərə Britaniya Universitetindən olan professor Heraynt Tarlinq jurnalistlərə bildirib.
Hazırda cərəyanlar və külək yavaş-yavaş hər iki aysberqi şimala doğru aparır. Alimlərin fikrincə, buz bloklarından, tədricən, daha kiçik parçalar qopacaq ki, bu da keçən gəmilər üçün ciddi təhlükə yarada bilər.
Bundan əvvəl Antarktida ətrafında buz örtüyünün sahəsinin rekord həddə qədər azaldığı da bildirilmişdi.