CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan Azərbaycana gətirilən yararsız portağalın aqibəti məlum olub

© AFP 2024 / LIONEL BONAVENTUREportağal
portağal  - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
Nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən portağala fitosanitar baxış keçirilib, məhsullardan götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
BAKI, 14 mart — Sputnik. Bu il İrandan idxal edilən istehlaka yararsız portağal məhsulunun həcmi 1400 tonu keçib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Sınaq protokolları nəticəsində idxal olunmuş ümumilikdə 1438 tondan artıq 72 portağal məhsulu partiyasında (2023-cü ilin 1 yanvar-10 mart tarixlərində) karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu ("citrus tristeza virus") aşkarlanıb. Bu barədə İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə agentliyə məlumat verilməsi bildirilib.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.
Bu ilin 1 yanvar-10 mart tarixlərində İrandan portağal məhsulları idxal edən və uyğunsuzluq aşkarlanan şirkətlərin adları aşağıdakı kimidir:
"Amotrade" MMC
"Fruit Logistik" MMC
"Senergy Az" MMC
"South Potato" MMC
"Əkinçi-10 2021" MMC
"Əli 1" MMC
"Limon Comp" MMC
"Albalı A Fruit" MMC
"Dry Fruits" MMC
"Ballı Store N" MMC
F/Ş Sadıqov İqbal Sayad oğlu
"Narnumru" MMC
"Frukt.is" MMC
"Best Supply Company" MMC
F/Ş Hüseynov Şahverən Hüseynqulu oğlu
"Bilal Fruit" MMC
"Frut-ZV" MMC
Xəbər lenti
0