SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyanın anti-Rusiya əhval-ruhiyyəsi Qərbin ona siyasi kapital qoymasını şərtləndirdi

© Photo : Facebook / Elşad Mirbəşir oğluElşad Mirbəşiroğlu
Elşad Mirbəşiroğlu - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
Paşinyanın baş nazir olmamışdan öncə də mövqeyi bundan ibarət idi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) və KTMT-də heç bir işi yoxdur.
BAKI, 14 mart — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəyərək, ya istəməyərək Ermənistandan gedir və bu, onları narahat edir. Paşinyan Ermənistanın KTMT-dan çıxması ilə bağlı məsələni ciddi hesab etmir. O, məsələnin fərqli şəkildə - KTMT-nin Ermənistandan çıxıb-çıxmayacağı şəklində qoyulmalı olduğunu vurğulayıb.
Sputnik Azərbaycan KTMT və Ermənistan arasında baş verənlərlə bağlı millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Paşinyan yenə də siyasi riyakarlıq edir:
“Paşinyanı səciyyələndirən şeylərdən biri də onun siyasi riyakarlığıdır. Ermənistanın hazırkı Baş nazirinin 2018-ci ilin yazından hakimiyyətə gəldikdən qısa müddət sonra atdığı ilk addım KMT-nin ovaxtkı baş katibi Xaçaturova qarşı cinayət işini başlatması oldu. Paşinyanın baş nazir olmamışdan öncə də mövqeyi bundan ibarət idi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) və KTMT-də heç bir işi yoxdur. Yəni o təşkilatlar Ermənistanın əlaqədə olmasını Paşinyan hər zaman süngü ilə qarşılayıb. Onun siyasi karyerasında rol oynayan amillərdən biri də onun bu cür yanaşmaları olub”.
Millət vəkili qeyd edib ki, Paşinyanın anti-Rusiya əhval-ruhiyyədə olması Qərbin ona siyasi kapital qoymasını şərtləndirdi:
“Paşinyanı hakimiyyətə gətirən bəlli dairələr də sözsüz ki, onun qarşısında vəzifələr qoyublar. O tapşırıq və vəzifələrdən biri də Ermənistanın sürətlə Rusiyanın təsir dairəsindən uzaqlaşdırılmasıdır. İlkin olaraq da KTMT-də və Aİİ-də Ermənistanın fəallığının minimuma endirilməsidir”.
Deputatın fikrincə, Paşinyan aldığı təlimatlar əsasında, məqsədli şəkildə Ermənistanla KTMT arasında münasibətləri indiki qırılma nöqtəsinə gətirib çıxarıb.
"Biz yaxşı xatırlayırıq ki, Ermənistan KTMT-ni fəaliyyətsizlikdə ittiham edib. Vətən müharibəsi dövründə də Paşinyan hakimiyyəti dəfələrlə KTMT-yə müraciət etmişdi. Lakin təşkilat prosesə obyektiv yanaşma sərgilədi. Rusiya Prezidenti Vladimir Putin isə qəti olaraq bildirdi ki, döyüşlər Ermənistanın ərazisində getmədiyinə görə KTMT müharibəyə müdaxilə edə bilməz. Bundan sonra Ermənistan KTMT-yə qarşı sərt ittihamlar səsləndirməyə başladı”, – deyə millət vəkili xatırladıb.
E.Mirbəşiroğlu hesab edir ki, Paşinyan sadəcə olaraq öz fəaliyyətinin nəticələrini indi görməkdədir:
“KTMT ilə Ermənistan arasında ciddi qırılmalar müşahidə olunmaqdadır. Yenə də Ermənistan Baş naziri öz siyasi riyakar xarakterinə uyğun mövqe sərgiləyir”.
Xəbər lenti
0