https://sputnik.az/20230314/kurun-suyunun-azalmasinin-sebebi-aciqlanib-452700763.html
Kürün suyunun azalmasının səbəbi açıqlanıb
Kürün suyunun azalmasının səbəbi açıqlanıb
Sputnik Azərbaycan
Qonşu ölkələrdə sudan istifadə artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib. 14.03.2023, Sputnik Azərbaycan
2023-03-14T20:24+0400
2023-03-14T20:24+0400
2023-03-14T20:24+0400
kür
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42433/02/424330223_0:268:3069:1994_1920x0_80_0_0_3fe6867d48190c862ef25eb90e785b4c.jpg
BAKI, 14 mart — Sputnik. Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir. Bunu Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib. Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır: "Əks halda, yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Qonşu ölkələrdə sudan istifadə artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib". Rafiq Verdiyev bildirib ki, qarın ölçülməsinin nəticələrinə görə, Kür çayında suyun səviyyəsinin necə olacağı ilə bağlı nəticələr mart ayının sonuna bəlli olacaq: "Qıraqkəsəmən məntəqəsində stansiyamız var və o məntəqə üzrə ölkəyə daxil olan suyun həcmini qiymətləndirəcəyik. Biz Kür çayı ilə bağlı məlumatı əsasən bu məntəqədən alacağıq. Aprel-may aylarında artımın olunması gözlənilsə də, indidən nəsə demək çətindir". (APA) Qeyd edək ki, Azərbaycanda milli su strategiyası hazırlanıb. Layihə müxtəlif dövrləri əhatə etməklə ən müasir idarəetmə prinsiplərinə əsaslanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42433/02/424330223_146:0:2877:2048_1920x0_80_0_0_597b068fe2af0903059670292bd3c144.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kür
Kürün suyunun azalmasının səbəbi açıqlanıb
Qonşu ölkələrdə sudan istifadə artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib.
BAKI, 14 mart — Sputnik. Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib. Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır:
"Əks halda, yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Qonşu ölkələrdə sudan istifadə artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib".
Rafiq Verdiyev bildirib ki, qarın ölçülməsinin nəticələrinə görə, Kür çayında suyun səviyyəsinin necə olacağı ilə bağlı nəticələr mart ayının sonuna bəlli olacaq:
"Qıraqkəsəmən məntəqəsində stansiyamız var və o məntəqə üzrə ölkəyə daxil olan suyun həcmini qiymətləndirəcəyik. Biz Kür çayı ilə bağlı məlumatı əsasən bu məntəqədən alacağıq. Aprel-may aylarında artımın olunması gözlənilsə də, indidən nəsə demək çətindir". (APA)
Qeyd edək ki, Azərbaycanda milli su strategiyası hazırlanıb. Layihə müxtəlif dövrləri əhatə etməklə ən müasir idarəetmə prinsiplərinə əsaslanıb.