https://sputnik.az/20230314/elektron-tehlukesizlik-xidmeti-media-qurumlarina-xeberdarliq-edib-452695891.html
Elektron Təhlükəsizlik Xidməti media qurumlarına xəbərdarlıq edib
Elektron Təhlükəsizlik Xidməti media qurumlarına xəbərdarlıq edib
Sputnik Azərbaycan
Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə... 14.03.2023, Sputnik Azərbaycan
2023-03-14T21:00+0400
2023-03-14T21:00+0400
2023-03-14T21:00+0400
elektron
cəmiyyət
elektron təhlükəsizlik xidməti
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425714751_0:160:3073:1888_1920x0_80_0_0_d0c5af787bedd7c9e53ef2a839d16572.jpg
BAKI, 14 mart — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, son günlər media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir. ETX-nin yaydığı məlumata görə, xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər hücumlar nəticəsində ələ keçirilir. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrənin dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir. Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edir: - Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın; - Çətin və unikal şifrlərdən (https://bit.ly/3LrQROW), eləcə də ikimərhələli autentifikasiyadan (https://bit.ly/3JAPJav) istifadə edin; - Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun; - İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin. Müvafiq təhlükə ilə qarşılaşan media qurumları "1654" qaynar xətti, www.cert.az saytı və reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425714751_170:0:2901:2048_1920x0_80_0_0_b8691c2c1914455b988f8a5ad5abdae7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elektron, elektron təhlükəsizlik xidməti
elektron, elektron təhlükəsizlik xidməti
Elektron Təhlükəsizlik Xidməti media qurumlarına xəbərdarlıq edib
Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə tövsiyələrini açıqlayıb.
BAKI, 14 mart — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, son günlər media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir.
ETX-nin yaydığı məlumata görə, xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər hücumlar nəticəsində ələ keçirilir. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrənin dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir.
Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edir:
- Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın;
- Çətin və unikal şifrlərdən (https://bit.ly/3LrQROW), eləcə də ikimərhələli autentifikasiyadan (https://bit.ly/3JAPJav) istifadə edin;
- Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun;
- İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin.
Müvafiq təhlükə ilə qarşılaşan media qurumları "1654" qaynar xətti, www.cert.az saytı və reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər.