SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

BMT İnsan Hüquqları Şurasının sessiyasında Ermənistanın talançılığı məsələsi qaldırılıb

© AFP 2023 / ED JONESBMT
BMT  - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
BMT İnsan Hüquqları Şurasının sessiyasında Ermənistanın Azərbaycanın təbii sərvətlərini talan etməsi məsələsi qaldırılıb.
BAKI, 14 mart — Sputnik. BMT-nin İnsan Hüquqları Şurasının 52-ci növbəti sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan şirkətləri tərəfindən qeyri-qanuni olaraq istismar və talan edilməsi barədə məsələ gündəmə gətirilib.
Toplantıda çıxış edən Davamlı İnkişaf Məqsədlərinin Gənclər Parlamentinin (Youth Parlament of Sustainable Development Goals – YPSDG) vitse-prezidenti Culia Rosso (Julia Rosso) bildirib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qızıl yataqlarının və digər təbii sərvətlərinin irimiqyaslı qanunsuz istismarı aparılıb. Ermənistan şirkətləri və xaricdən dəvət olunmuş şəxslər tərəfindən Azərbaycanın təbii sərvətləri intensiv şəkildə talan edilib:
"Bu isə havanın, suyun, torpağın çirkləndirilməsinə, meşələrin qırılmasına, biomüxtəlifliyin pozulmasına və yaşayış mühitinin itirilməsinə gətirib çıxarıb".
YPSDG rəsmisi vurğulayıb ki, bu istismar qeyri-qanuni olduğuna və beynəlxalq tələblərə uyğun olmadığına görə daha da ciddi şəkil alıb, çünki ətraf mühitə dəyən ziyan regionun unikal ekosistemini zədələyib. (APA)
Məruzəçi xatırladıb ki, vaxtilə mühafizə olunan ərazilərə 30 illik işğal dövründə xeyli ziyan dəyib, bu da orada məskunlaşan növlərin mühitinə mənfi təsir edib. Buna misal olaraq Zəngilan rayonundakı nadir çinar meşəsinin qırılması göstərilib. Zəngilandakı çinar meşəsinin vaxtilə dünyanın ikinci, Avropanın isə ən böyük meşəsi sayıldığına diqqəti cəlb edən məruzəçi bu ərazinin məhv edilməsini ekoloji terrorun daha bir əlaməti adlandırıb.
O bildirib ki, Qarabağda “ekosid” kimi səciyyələndirilən və cinayət məsuliyyəti tələb edən ekosistemin kütləvi şəkildə məhv edilməsi baş verib. “Ermənistan tərəfinin Azərbaycanın təbiətinə qarşı nümayiş etdirdiyi düşmən münasibəti nəinki Azərbaycanın ekoloji tarazlığına, flora və faunasına ciddi təhlükə yaradır, digər təxribat xarakterli hərəkətlərlə yanaşı, daha da nifrət doğurur, bölgədə sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır”, - deyə Culia Rosso əlavə edib.
YPSDG-nin vitse-prezidenti münaqişədən sonrakı ərazilərə diqqətlə yanaşmağa, başqa dövlətin ərazi bütövlüyü prinsiplərini pozan davranışı dəyişməyə, işğal altında olan dövlətin daşınar və daşınmaz əmlakının məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələrə, BMT-nin ətraf mühit standartına riayət olunmasına çağırış edib.
Xəbər lenti
0