CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın qızıl hasilatı artıb

© AFP 2024 / FRANK RUMPENHORSTQızıl külçələri
Qızıl külçələri - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
2023-cü ildə isə 62.5 min unsiya qızıl, 108.3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.
BAKI, 14 mart — Sputnik. 2021-ci illə müqayisədə ötən il qızıl hasilatımız artıb.
Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin məlumatında bildirilib.
Qeyd olunub ki, hesabat ilində hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüşə çatdırılıb. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı 524 unsiya (0.9%), gümüşdə 88.6 min unsiya (65.9%) çox olub. 2017-2022-ci illər üzrə cəmi göstərici 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib.
2023-cü ildə isə 62.5 min unsiya qızıl, 108.3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.
“AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib.
Xəbər lenti
0