https://sputnik.az/20230314/azerbaycanda-orta-ayliq-emekhaqqi-doqquz-yuz-manata-yaxinlasir-452700636.html
Azərbaycanda orta aylıq əməkhaqqı doqquz yüz manata yaxınlaşır
Azərbaycanda orta aylıq əməkhaqqı doqquz yüz manata yaxınlaşır
Sputnik Azərbaycan
2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq... 14.03.2023, Sputnik Azərbaycan
2023-03-14T20:41+0400
2023-03-14T20:41+0400
2023-03-14T20:41+0400
əməkhaqqı
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_0:102:2000:1227_1920x0_80_0_0_2985644d74733688e7e10bec0f5c3da7.jpg
BAKI, 14 mart — Sputnik. 2023-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,0 min nəfər və ya 2,0 faiz artaraq 1712,1 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 811,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Rəsmi məlumata görə, muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar. 2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/84/422268480_114:0:1887:1330_1920x0_80_0_0_942e4edda98a79b8da399106334140df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əməkhaqqı
Azərbaycanda orta aylıq əməkhaqqı doqquz yüz manata yaxınlaşır
2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib.
BAKI, 14 mart — Sputnik. 2023-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,0 min nəfər və ya 2,0 faiz artaraq 1712,1 min nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 811,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rəsmi məlumata görə, muzdla işləyənlərin 19,5 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artaraq 856,2 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.