Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycan Prezidentinin Almaniya səfərindən hansı gözləntilər var?

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
Politoloq bildirib ki, Azərbaycan mühüm geosiyasi aktor kimi böyük bir coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına yönəlik addımlar atır.
BAKI, 14 mart - Sputnik. Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya səfər edib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyaya səfər etmişdi.
Sputnik Azərbaycan Azərbaycan prezidentinin Almaniyaya səfərindən gözləntilərlə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq İlyas Hüseynov bildirib ki, Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkə olduğu üçün bu səfər də xüsusi əhəmiyyət kəsb edir:
"Almaniya iqtisadi inkişaf baxından Avropa mkanında önəmli rola malikdir. Bu gün Azərbaycan və Almaniya arasında iqtisadi-ticariəməkdaşlığın genişləndirilməsinə böyük ehtiyac var. Bu səbəbdən Azərbaycan Prezidenti ötən gün alman iş adamları ilə görüşlər keçirdi. Azərbaycan üçün önəmli olan məsələ Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpa olunmasıdır. Bu işdə alman iş adamları da yaxından iştirak edə bilərlər".
Politoloq bir müddət öncə Ermənistan Baş naziri Nikol Paşinyanın da Berlinə səfərinə diqqət çəkib və bildirib ki, Almaniya baş naziri Olaf Şoltsla görüşdə səslənən bəyanatlar Ermənistan böyük rəğbətlə qarşılansa da, daha sonra Almaniya hökumətinin saytı həmin bəyanatlarda düzəlişlər etməyə ehtiyac duydu:
"Hazırkı səfər Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcək. Siyasi, iqtisadi, mədəni, humanitar istiqamətlərdə yeni əməkdaşlıq platformaları yarana bilər. Digər tərəfdən eynizamanda nəqliyyat və enerji sahəsində bu gün Azərbaycanın qlobal təşəbbüsləri göz önündədir. Bura həm Cənub Qaz Dəhlizi, eləcə də Orta Dəhliz və Zəngəzur dəhlizi aiddir. Həmçinin Qara dənizin dibi ilə yaşıl enerji dəhlizinin formalaşması böyük bir coğrafiyada təhlükəsizliyin, sülhün və sabitliyin gücləndirilmsəinə yöəlmiş təşəbbüslərdir. Bütün bunlar onu demyə əsas verir ki, Azərbaycan mühüm geosiyasi aktor kimi böyük bir coğrafiyanın iqtisadi dayanıqlılığının artırılmasına yönəlik addımlar atır".
Politoloq hesab edir ki, Azərbaycan prezidentinin Almaniyaya səfəri zamanı Ermənitanla Azərbaycan arasında nizamlanma prosesi, sülh müqaviləsinin imzalanmasına dair rəsmi Bakının mövqeyi, regondakı reallıqlar əsas müzakirə obyektidir:
"Ermənistan təbliat maşının yalan-yanlış məlumatlarına tutralı cavablar vermək üün Azərbaycan tərəfinin yaxşı imkanı var. Azərbaycan həm reionda, həm dünyada sülhüntərfdarıdır, daim sülh təşəbbüsləri ilə çıxış edir. Ermənistanla sülh müqaviləsinin imzalanması da rəsmi Bakının istəkləri sırasındadır. Bu gün müasir beynəlxalq münasibətlər sistemində ərazi bütövlüyü, suverenlik v sərhədlərin toxunulmazlığına dair vahid bir yanaşma mövcuddur. Bu baxımdan mövcud münaqişlər ərazi bütövlüyü kontekstində həllini tapmalıdır. Buna görə də Azərbaycan Prezidentinin Berlinə səfəri bu narrativlər Almaniya hökumətinin diqqətinə çatdırılacaq".
Xəbər lenti
0