https://sputnik.az/20230314/azerbaycan-avropaya-ixrac-cografiyasini-genislendirmek-isteyir---lham-eliyev-452702963.html
Azərbaycan Avropaya ixrac coğrafiyasını genişləndirmək istəyir - İlham Əliyev
Azərbaycan Avropaya ixrac coğrafiyasını genişləndirmək istəyir - İlham Əliyev
Sputnik Azərbaycan
Prezident bildirib ki, Azərbaycan gələcəkdə Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək. 14.03.2023, Sputnik Azərbaycan
2023-03-14T18:05+0400
2023-03-14T18:05+0400
2023-03-14T19:25+0400
siyasət
prezident ilham əliyev
almaniya kansleri
avropa
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0e/452705033_0:231:2818:1816_1920x0_80_0_0_b934b17d080f0ca7dea4d15fe7c59b94.jpg
BAKI, 14 mart - Sputnik. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir.Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib:“Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir”.Avropa məkanına qaz ixracatımızı artırırıqPrezident Azərbaycanın Avropaya qaz ixracını artırdığını da qeyd edib: "Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq".Bu rəqəmin Azərbaycanın ümumi qaz ixracatının yarısı olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik”
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0e/452705033_45:0:2774:2047_1920x0_80_0_0_5126f1424ada97c61f71983e99bf6513.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, almaniya kansleri, avropa
prezident ilham əliyev, almaniya kansleri, avropa
Azərbaycan Avropaya ixrac coğrafiyasını genişləndirmək istəyir - İlham Əliyev
18:05 14.03.2023 (Yenilənib: 19:25 14.03.2023) Prezident bildirib ki, Azərbaycan gələcəkdə Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcək.
BAKI, 14 mart - Sputnik. Azərbaycanın çox geniş bərpaolunan enerji potensialı var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.
Artıq bir neçə kontraktın imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib:
“Əminəm ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini ixrac edən ölkəyə çevriləcəkdir”.
Avropa məkanına qaz ixracatımızı artırırıq
Prezident Azərbaycanın Avropaya qaz ixracını artırdığını da qeyd edib:
"Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq".
Bu rəqəmin Azərbaycanın ümumi qaz ixracatının yarısı olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Gələcək illərdə öz ixrac coğrafiyamızı Avropada genişləndirmək istərdik”