https://sputnik.az/20230314/abs-dovlet-departamenti-ran-hhq-teyyaresinin-azerbaycanla-serhedde-ucusunu-serh-edib-452686213.html
ABŞ Dövlət Departamenti İran HHQ təyyarəsinin Azərbaycanla sərhəddə uçuşunu şərh edib
ABŞ Dövlət Departamenti İran HHQ təyyarəsinin Azərbaycanla sərhəddə uçuşunu şərh edib
Sputnik Azərbaycan
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ daha sabit regiona nail olmaq üçün Azərbaycan və Ermənistanla əlaqələrin genişləndirilməsində... 14.03.2023, Sputnik Azərbaycan
2023-03-14T14:15+0400
2023-03-14T14:15+0400
2023-03-14T14:26+0400
dövlət
siyasət
abş dövlət departamenti
iran
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447796069_0:199:2934:1849_1920x0_80_0_0_4bf162441170dbecb62a8ddfd47d2d65.jpg
BAKI, 14 mart — Sputnik. Vaşinqton Cənubi Qafqaz regionu üçün təhlükə yaradan İranın dağıdıcı fəaliyyətindən narahatdır. Bunu ABŞ Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ned Prays bildirib. "Azərbaycan və İrana gəlincə, əlbəttə ki, İran uzun müddət regionda təhlükəli oyunçu olub. O, yaxın və uzaq qonşu ölkələri təhdid edən zərərli fəaliyyətlərlə məşğuldur. Buna görə də biz bu cür gərginliyi narahatlıqla izləyirik", - deyə Prays İran Hərbi Hava Qüvvələrinin təyyarəsinin Azərbaycanla sərhəddə uçuşunu şərh edərkən bildirib. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti daha sabit regiona nail olmaq üçün Azərbaycan və Ermənistanla əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu yaxınlarda rəsmi Bakı Tehranı Azərbaycana qarşı təxribat törətməkdə ittiham edib. Azərbaycan Respublikasının Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında bildirilib ki, insident mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona bununla bağlı etiraz notası təqdim edilib.
iran
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447796069_103:0:2832:2047_1920x0_80_0_0_45b8ea1914c7e38388a323582ce370b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət, abş dövlət departamenti, iran
dövlət, abş dövlət departamenti, iran
ABŞ Dövlət Departamenti İran HHQ təyyarəsinin Azərbaycanla sərhəddə uçuşunu şərh edib
14:15 14.03.2023 (Yenilənib: 14:26 14.03.2023) ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ daha sabit regiona nail olmaq üçün Azərbaycan və Ermənistanla əlaqələrin genişləndirilməsində maraqlıdır.
BAKI, 14 mart — Sputnik. Vaşinqton Cənubi Qafqaz regionu üçün təhlükə yaradan İranın dağıdıcı fəaliyyətindən narahatdır.
Bunu ABŞ Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ned Prays bildirib.
"Azərbaycan və İrana gəlincə, əlbəttə ki, İran uzun müddət regionda təhlükəli oyunçu olub. O, yaxın və uzaq qonşu ölkələri təhdid edən zərərli fəaliyyətlərlə məşğuldur. Buna görə də biz bu cür gərginliyi narahatlıqla izləyirik", - deyə Prays İran Hərbi Hava Qüvvələrinin təyyarəsinin Azərbaycanla sərhəddə uçuşunu şərh edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti daha sabit regiona nail olmaq üçün Azərbaycan və Ermənistanla əlaqələrin genişləndirilməsində maraqlıdır.
Bu yaxınlarda rəsmi Bakı Tehranı Azərbaycana qarşı təxribat törətməkdə ittiham edib. Azərbaycan Respublikasının Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında bildirilib ki, insident mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona bununla bağlı etiraz notası təqdim edilib.