DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin qaz xərcləri 2022-ci ildə üç dəfə artıb

© AP Photo / Ariel Schalitqaz
qaz  - Sputnik Azərbaycan, 1920, 14.03.2023
Abunə olmaq
Aİ-nin Amerikanın mayeləşdirilmiş təbii qazına xərci əvvəlki illə müqayisədə 7 dəfə artıb və 48,4 milyard avroya çatıb.
BAKI, 14 mart — Sputnik. 2022-ci ildə Avropa İttifaqı mayeləşdirilmiş qazın və boru kəmərinin alınmasına 208 milyard avro xərcləyib ki, bu da bir il əvvəlkindən 3,3 dəfə çoxdur.
"RİA Novosti" "Avrostat"ın məlumatlarına istinadən bu barədə xəbər verir.
Hesabatda qeyd edilir ki, Aİ-nin mayeləşdirilmiş təbii qaz (MTQ) xərcləri uzun illər ərzində ilk dəfə olaraq boru kəməri qazının dəyərini keçərək müvafiq olaraq 109,4 milyard avro və 98,6 milyard avro təşkil edib.
ABŞ Avropaya MTQ-nin əsas təchizatçısına çevrilib. Aİ-nin Amerikanın mayeləşdirilmiş təbii qazına xərci əvvəlki illə müqayisədə 7 dəfə çox olmaqla 48,4 milyard avroya çatıb. Avropa İttifaqı Rusiya qazının alınmasına daha 47,6 milyard avro, o cümlədən, MTQ-yə 16,2 milyard avro xərcləyib.
Bundan əvvəl iqtisadçı ekspert Vladimir Kovalyov sanksiyalar səbəbindən Rusiyanın enerji təchizatının azalmasına görə Aİ-nin uzunmüddətli itkilərindən danışıb.
Xəbər lenti
0