Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib

© Photo : Azerbaijan State Academic Philharmonic HallXalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib
Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsertdə bir sıra sənət adamları sənətçinin repertuarından bəstəkar və xalq mahnıları səslənib.
BAKI, 13 mart — Sputnik. Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib.
Azərbaycan Dövlət Akademik Filarmoniyasından verilən xəbərə görə, gecənin əvvəlində Rübabə Muradovanın ifasında "Heydər babaya salam" mahnısının səs yazısı dinləyicilərə təqdim olunub. Daha sonra akademik Rafael Hüseynov sənətkarın həyat və yaradıcılığı haqqında bəhs edib.
Konsert Azərbaycan Respublikasının Xalq artistləri Nəzakət Teymurova, Gülyaz Məmmədova, Simarə İmanova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Sevinc Sarıyeva, Səbuhi İbayev, Gülüstan Əliyeva, Zakir Əliyev, Fehruz Səxavət, Arzu Əliyeva, xanəndələr Vəfa Vəzirova, Səbinə Ərəbli, Rəvanə Qurbanovanın ifaları ilə davam edib.
Solistlər Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının İnstrumental heyəti (bədii rəhbəri və baş dirijoru: Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev, musiqi rəhbəri: Mahir İbrahimov), Azərbaycan Respublikasının Əməkdar artistləri Əliağa Sədiyev (tar), Xəyyam Məmmədovun (kamança) müşayiəti altında çıxış ediblər. Musqili gecənin sonunda Rübabə Muradovanın bacısı Tahirə Muradova konsertin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirmişdir. Proqramda Rübabə Muradovanın repertuarından bəstəkar və xalq mahnıları səslənib.
© Photo : Azerbaijan State Academic Philharmonic HallXalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib
Концерт, посвященный 90-летию народной артистки Рубабы Мурадовой - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Xalq artisti Rübabə Muradovanın 90 illiyinə həsr olunmuş konsert keçirilib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0